manera.az
manera.az

Tanınmış aktyor Əsgər Rəhimov vəfat edib / MANERA.AZ

22-03-2017, 00:22

Tanınmış aktyor Əsgər Rəhimov vəfat edib / MANERA.AZ


Azərbaycanın tanınmış teatr və kino aktyoru Respublikanın Əməkdar artisti Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Əsgər Rəhimov vəfat edib.Aktyor ağır xəstə olub və üç gün əvvəl qaraciyərindən əməliyyat edilib.

Qeyd edək ki,Ə.Rəhimov 27 noyabr 1956-cı ildə anadan olub.1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1978-1988-ci ilə qədər S.Vurğun ad. Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləmiş, 2005-ci ildə yenidən S.Vurğun ad. Rus Dram teatrına qayıtmışdır.

Bu illər ərzində teatr səhnəsində bir çox rol oynamışdır. Onun yaratdığı Nikita (A.Arbuzov "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M.Qorki "Varvarı"), Bayandur (İ.Əfəndiyev "Büllur sarayda"), Ralf (R.Baer "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K.Hiqqins "Qarold və Mod") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

ALLAH RƏHMƏT ELƏSİN,RUHU ŞAD OLUN

Turan Etibaroğlu
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031