manera.az
manera.az

“Boy çiçəyi" tamaşası təqdim olunub

  “Boy çiçəyi" tamaşası təqdim olunub
Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz
Novruzun iştirakı ilə “Boy çiçəyi" səhnə əsərinin ilk tamaşası təqdim
olunub.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, xalq yazıçısı İlyas
Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında
hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii
rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

Tamaşada əsas rolları xalq artisti Ramiz Novruz, əməkdar artistlər
Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir
Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa
edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə
olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu
günümüzlə səsləşir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930