manera.az
manera.az

Gənc Tamaşaçılar Teatrında “20 mart Dünya Uşaq və Gənclər Teatr Günü” qeyd olunacaq...

11-03-2017, 16:22

Gənc Tamaşaçılar Teatrında “20 mart Dünya Uşaq və Gənclər Teatr Günü” qeyd olunacaq...


Hər il olduğu kimi bu il də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – ASSİTEJ-Azərbaycan Milli Mərkəzində 20 mart Dünya Uşaq və Gənclər Teatrı Günü qeyd ediləcək

Teatrın 2011-ci ildən bəri üzv olduğu Beynəlxalq ASSİTEJ-in təsis etdiyi bu gün “Uşağı teatra apar” devizi ilə həyata keçirilir. Və hər il Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlə əlaqədar xüsusi repertuar tərtib edir.
Uşaq və yeniyetmələrin teatrı olan Gənc Tamaşaçılar Teatrı nümayiş etdirdiyi səhnə əsərləri ilə bütün tamaşaçılarının mənəvi cəhətdən zənginləşməsi, dünyagörüşlərinin formalaşmasına çalışır. Buna görə də 20 mart xalqımızın Milli Novruz bayramı günlərinə təsadüf edən Dünya Uşaq və Gənclər Teatr Günü münasibətilə - mart ayının 18-dən - 25-dək Dövlət Gənc Tamaşaçılar Teatrı cari repertuarında olan bir-birindən maraqlı səhnə əsərlərini nümayiş etdirəcək. Həmin günlərdə “Tıq-tıq xanım”, “Qoğalın nağılı”, “Uzuncorab Pippi”, “Çirkin ördək balası”, “Aycan”, “Buratinonun macəraları” tamaşaları göstəriləcək.
Məlumat üçün bildirək ki, Dünya Uşaq və Gənclər Teatr günü 15 il öncə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. “Uşağı teatra apar” devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində yaşayan bütün azyaşlı uşaqlar və gənclərin teatra cəlb olunmasına xidmət edir.

Gənc Tamaşaçılar Teatrında “20 mart Dünya Uşaq və Gənclər Teatr Günü” qeyd olunacaq...

Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031