manera.az
manera.az

Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

11-03-2017, 11:55

Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçiriləcək


Martın 16-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar və pianoçu, Caz-muğam üslubunun banisi. Azərbaycanın əməkdar incəsənət xadimi
Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.


Xatirə gecəsində Azərbaycanın tanınmış teatr və mədəniyyət xadimləri iştirak edəcəklər.Konsertdə Respublikanın xalq artisti Faiq Sücəddinov, əməkdar artist Akif Süleymanbəyli, əməkdar incəsənət xadimi Cavan Zeynallı, "Səs Azərbaycan" müsabiqəsinin qalibi Emiliya Yaqubova, Teymur Süleymanbəyli, Azad Şabanov, Humay Süleymanbəyli, Hüseyn Abdullayev, Nəzrin Zərbəliyeva, Natavan Cəbizadə, Tofiq Həsənsoy, "Aysel" rəqs qrupu və V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin istedadlı şagirdləri çıxış edəcəklər.

İfaçılar caz musiqisi axşamında Vaqif Mustafazadənin müəllifi olduğu əsərləri səsləndirəcəklər.

Biletlərin qiyməti 10-40 manat təşkil edir. Biletləri şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Turan Etibaroğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30