manera.az
manera.az

"Mən gəldim, qızlar"- Təranə Feyzullayeva yazır/ MANERA.AZ

10-03-2017, 20:49

"Mən gəldim, qızlar"- Təranə Feyzullayeva yazır/ MANERA.AZ


Təranə Feyzullayeva

Rejissor Bəhram Osmanov daha bir uğurlu tamaşaya imza atıb. Bu da "Mən gəldim qızlar (Müharibə)" tamaşasıdır. İki güclü aktyor tandemi Kəmalə Müzəffər və Qurban Ismayılov artıq ilk səhnələrdən bütün tamaşanı ələ almağı bacardı. Gənclər teatrından tanıdığım Qurban Ismayılov möhtəşəm oyun sərgilədi.

Kor obrazı o qədər inandırıcı və dərin ştrixlərlə aktyor tərəfindən oynanılır ki, tamaşaçı müharibənin bütün iyrəncliyini hiss etməyə bilmir və hiss etdikcə də aktyorun güclü potensialının, özünəməxsus istedadının şahidi olur. Bu obraz Qurban Ismayılov yaradıcılığından qırmızı xətlə keçir. Nəhayət, Kəmalə Müzəffərin obrazına müdaxilə etsək, daha dolğun təsvir əldə edərik. Çünki Kəmalə xanım bir qadın olaraq, obrazı daha incə ştrixlərlə qabartmağa çalışıb. O ana olmaqla bərabər, həm də sevən qadındır. Müharibə hər şeyə sədd çəksə də onun içindəki sevgi fırtınasını söndürə bilmir. Bəlkə də sevdiyi və sevildiyi üçün o müharibəyə minnətdardır belə...

Kəmalə Müzəffərin oyun tərzi emosionallığı və daxili plastikası ilə hər zamankı kimi seçilir. Və bəzən tamaşaçının diqqəti qeyri-ixtiyarı olaraq onun obrazında daha çox cəmlənir. Bu da aktrisanın professional oyunundan bəhrələnir. Mən həmişə Kəmalənin oyun tərzini məşhur Cülyetta Mazinanın oyun tərzinə bənzədirəm. İnanıram ki, aktrisanın ən yaxşı obrazları hələ qarşıdadır.

Digər aktyorlara gəldikdə isə hər biri özünəməxsus obrazla tamaşanın ahəngini tamamlayır. Tamaşa maraqlı rejissor həlli, musiqi tərtibatı, güclü aktyor oyunu ilə yadda qalır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031