Oktyabr ayının 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Çexiya Azərbaycan fotoqrafının gözü ilə” adlı fotosərgi-seminar keçirilib. Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan sərgidə tanınmış fotoqraf Aydın Sadıxovun çəkdiyi Praqa, Telça, Kutna Qora, Çeşski Krumlov şəhərlənin tarixi abidələri, qədim mərkəzlərinin fotoları təqdim olunub. Sərgini giriş sözü ilə açan ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı dosent Sevil Kərimova qonaqları və tədbir iştirakçılarını salamlayıb.
Çıxış edən Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor Gülşən Əliyeva tədbir haqqında ətraflı məlumat verib.
Tədbirin birinci hissəsində Çexiya Respublikasının Azərbaycandakı səfirinin müavini Daniel Putik “Mən böyük şəhəri görürəm. Onun şöhrəti ulduzlara çatacaq” adlı məruzə ilə çıxış edib. İkinci məruzəçi Aydın Sadıxov fotolarında əks etdiyi memarlıq və heykəltaraşlıq abidələri ilə əlaqəli və əsrlər boyu formalaşan əsətirlər və rəvayətlərlər haqqında ətraflı təqqiqatının nəticələrini təqdim edib.
Turan Etibaroğlu
Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.