manera.az
manera.az

"Cəfər Cabbarlı Mükafatı - 2019" təqdim ediləcək

10-10-2019, 11:17

"Cəfər Cabbarlı Mükafatı - 2019" təqdim ediləcək
Cəfər Cabbarli Mükafatı Komissiyasının 8 oktyabr 2019-ci ildə növbəti iclası keçirilib.

Manera.az xəbər verir ki, iclasda Mukafat Komissiyasının sədri, C.Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızı, komissiya üzvlərindən Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, professor Asif Rüstəmli, filologiya elmləri doktoru Rəhim Əliyev, tərcüməçi-jurnalist Bəhlul Abbasov, kinoşünas Aydın Kazımzadə və b. iştirak etmişlər.

İclasda komissiya üzvləri müxtəlif təşkilat və birliklərdən daxil olan təqdimatları nəzərdən keçirərək elm, mədəniyyət və incəsənət sahəsində tanınmış namizədlər haqqında fikir və təkliflərini bildirmişlər. Ciddi və işgüzar müzakirələrdən sonra Cəfər Cabbarlı Mükafatına layiq görülən laureatlar müəyyənləşdirilmişdir.
"Cəfər Cabbarlı Mükafatı - 2019" təqdim ediləcək
2019-cu ilin C.Cabarlı Mükafatına aşağıdakı görkəmli elm, mədəniyyət və incəsənət xadimləri layiq görülmüşlər:

1. Ədəbiyyatşünaslıq nominasiyası üzrə Dos.Dr. Seda Arıkan – Türkiyə Cümhuriyyəti, Fırat Universiteti İnsani ve Sosyal Bilimler Fakültesi Batı Dilleri ve Edebiyatları Bölümü.
Cəfər Cabbarlının hekayələri əsasında yazdığı "Aynaya yansı(ma)yanlar” (Ankara, Kesit Yayınları, mart 2019, 262 səh.) monoqrafiyasına görə.

2. Kino nominasiyası üzrəRasim Əhməd oğlu Balayev – Azərbaycan Respublikasının xalq artisti.
Azərbaycan kino və teatr sənətinin inkişafındakı xidmətlərinə, o cümlədən "Aydın” tamaşasında canlandırdığı Dövlət bəy obrazına görə.

3. Ən yaxşı rejissor işi nominasiyası üzrə Bəhram Məcid oğlu Osmanov – əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru.
C.Cabbarlının "Ulduz” əsərinin uğurlu rejissor işinə görə

4. Bəsti Əli qızı Cəfərova – xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası
Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə, o cümlədən "Solğun çiçəklər” tamaşasında Pəri obrazına görə.

5. Teatr nominasiyası üzrəFirdovsi Nurəddin oğlu Atakişiyev – əməkdar artist, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru.
Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə,o cümlədən Elçinin "Sənətkarın taleyi” tamaşasında canlandırdığı Ərəblinski obrazına görə.

6. Teatr nominasiyası üzrə Bahar Əvəz qızı Abdullayeva – Şuşa Dövlət Musiqilli Dram Teatrının aktrisası.
Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə, o cümlədən "Oqtay Eloğlu”tamaşasında canlandırdığı Firəngiz obrazına görə.

7. Mədəniyyət nominasiyası üzrəKərim Məhəmməd oğlu Tahirov – professor, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru.
Kitab mədəniyyətinin təbliği sahəsindəki xidmətlərinə görə.

8. Niyaz Bayram oğli Eyvazov – "Könüllülər” Kitabxana İctimai Birliyinin sədri
Cəfər Cabbarlı ədəbi irsinin təbliğindəki xidmətlərinə görə.

"Cəfər Cabbarlı Mükafatı”nın təqdimat mərasimi 2019-cu il 28 oktyabr tarixində saat 18.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcəkdir.

Laureatları təbrik edirik!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031