manera.az
manera.az

Bakıda ikinci xalq mahnıları festivalı başlayır

9-10-2019, 15:16

Bakıda ikinci xalq mahnıları festivalı başlayır
Bu gündən ölkəmizdə ikinci Azərbaycan xalq mahnıları festivalına start veriləcək.

Manera.az xəbər verir ki, festivalın açılış mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Konsertə giriş sərbəstdir.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, AMEA-nın Folklor İnstitutunun iştirakı ilə reallaşacaq festival milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir. Festival çərçivəsində xalq mahnıları üzərində illərlə tədqiqatlar aparan musiqişünasların çıxışlarından ibarət elmi simpozium, Xalq Çalğı Alətləri Ansambllarının çıxışı, vokal gecələrinin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan xalq mahnılarından ibarət festivalın keçirilməsində məqsəd radiomuzun Qızıl Fondunda olan, eyni zamanda, regionlarda illərcə nəsildən-nəsilə ötürülən xalq mahnılarını tamaşaçılara təqdim edilməsidir.

Oktyabrın 13-dək davam edəcək festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçıların da çıxışları nəzərdə tutulur.

Festivalın bədii rəhbəri Əməkdar artist, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov, baş koordinatoru Bəhruz Niftəliyev, koordinatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031