manera.az
manera.az

“Sənətin öz yeri var, ailənin öz yeri”

5-10-2019, 20:30

“Sənətin öz yeri var, ailənin öz yeri”


"Əməkdar artist Nadir Xasıyev səhnədə oğlunu boğmağa hazırlaşır"



Tamaşanın başlanmasını bildirən üçüncü zəngin çalınmasına lap az qalıb. Bir azdan Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük Üzeyir Hacıbəylinin "O olmasın bu olsun" operattasının növbəti tamaşası oynanılacaq. Bu il mayın 25-də ölkə başçısının sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülən aktyor Nadir Xasıyev Millətçi Hüseynqulu bəy obrazında yenidən səhnəyə çıxacaq. Qrim otağında son hazırlıqlarını aparan istedadlı aktyorla söhbətləşirik.

Nadir Xasıyev 1961-ci il dekabrın 24-də Ağsu rayonun səhnəmizə bir neçə tanınmış sənətkar bəxş edən Bico kəndində, ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb, istedadı, zəhmətsevərliyi sayəsində aparıcı aktyorlardan biri kimi sevilib.
Həmsöhbətim 1993-cü ildən taleyini Akademik Musiqili Teatrla bağlayıb, zəngin ənənəsi olan bu teatrın səhnəsində Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunmuşdur. N. Xasıyevin fasında S. Ələsgərov, İ. Məlikzadə «Subaylarınızdan görəsiniz»də Fəqan , O. Kazımov, R. Heydər «Qızıl toy»da Azər, Z. Hacıbəyli «50 yaşında cavan»da Qulu, Ü. Hacıbəyli «O olmasın, bu olsun»da Sərvər, Həsənqulu bəy, Rüstəm bəy, E.Sabitoğlu, X. Hasilova «Nəğməli Könül»də Ramazan, S. Ələsgərov, İ. Məlikzadə «Hərənin öz ulduzu»nda Əlibala, S. Fərəcov, Ə. Əmirli «Səhnədə məhəbbət»də Rüstəm, E. Sabitoğlu, R. Əhmədzadə «Hələlik»də Mürsəl, V. Adıgözəlov, Anar "Adamın adamı”nda Tərs Tahir, C. Quliyev, Q. Rəsulov, "Məhəbbət oyunu”nda Camal, R. Mustafayev, A. Qüdrət "Volqalı canan”da Qaynar, R. Mirişli, M. Haqverdiyev "Qısqanc ürəklər”də Emil, S. Ələsgərov, Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu”nda Senator, S. Kərimi, Ə.Ol "Kimyagər”də Hacı Nuri və başqa obazlar özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir. N. Xasiyev 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

- Nadir müəllim, artıq yeni teatr mövsümü başlayıb, ötən mövsüm sizə düşərli oldu...

Çalışdığım Akademik Musiqili Teatr 110-cu teatr mövsümünə qədəm qoydu. Ötən mövsüm bütün kollektivimiz üçün tarixi və yadda qalan oldu, Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə teatrımıza akademik statusu verildi. Şəxsi planda da ötən mövsümü uğurlu sayıram. Çünki həm Əməkdar artist fəxri adına, həm də Prezident mükafatına layiq görüldüm. Göründüyü kimi həm dövlətimiz,onun başçısı, həm Mədəniyyət Nazirliyi, həm də teatrımızın direktoru yaradıcılıqla daha ciddi məşğul olmaq üçün bizə şərait yaradır, maddi və mənəvi dayaq dururlar, qalır yalnız çalışmaq, bizə inanan insanların etimadını doğrultmaq.

- Belə anladım ki, yeni mövsümə yaxşı köklənmisiniz...

Əlbəttə, məzuniyyətdən böyük yaradıcılıq enerjisi ilə qayıtmışam. Hazırda teatrımızda Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” tamaşası hazırlanır. Dramatik əsər olsada eyni zamanda orkestr ifası da var. Həmin tamaşada baş rollardan birini- Keşişi ifa edirəm. Bununla yanaşı Süleyman Ələsgərov və Məmməd Səid Ordubadinin “Beş manatlıq gəlin” komediyasında baş rollardan biri olan Kəblə Hüseynəli obrazı da mənə həvalə olunub. Hər iki obraz üzərində həvəslə çalışıram, yəqin ki, sonda tamaşaçıların bəyəndiyi iş ortaya qoya biləcəm.

- “Paris Notr-Dam kilsəsi” əsərindəki Keşiş çox ciddi obrazdır. Uzun müddət komediya əsərlərində oynayan aktyor kimi sizə çətin olmayacaq?

Yox, peşəkar aktyor belə şeyləri özünə dərd etməməlidir, biz həm komik,həm də dramatik obrazları oynamağı bacarmalıyıq. Teatrda çalışdığım ilk illərdə- Sumqayıt teatrında C.Məmmədquluzadənin “Ölülər” əsərində Kefli İsgəndəri, N.Hikmətin “Bayramın birinci günü”ndə Camalı oynamışam və maraqla qarşılanıb.

- Bu, həm də kino rejissorlarına bir mesajınızdır?

Yəqin ki, bütün teatr aktyorları filmlərə, teleseriallara çəkilmək istəyir. Məndə də bu istək var. Sağ olsunlar, az-çox məni də çəkiblər. Hazırda İTV-də yayımlanan “Bizim restoran” serialında çəkilirəm. Gələcəkdə nə olacağını gələcəkdə görərik.

- Adətən aktyor həmkarlarınız övladlarının bu sənətə gəlməsini istəmirlər. Amma sizin iki övladınız sənətinizi davam etdirir...

Sevinirəm ki, iki oğlum açdığım cığırla addımlayır. Bu hər bir ata üçün fəxrdir. Böyük oğlum Səmədzadə ilə uzun müddətdir Akademik Musiqili Teatrının səhnəsində bir yerdə çalışırıq, artıq ali dərəcəli aktyordur. Səmədzadə bu səhnədə “O olmasın bu olsun” da Sərvər, “Arşın mal alan”da Əsgər kimi baş rolları oynayır. Digər oğlum Elay Sumqayıt Dram Teatrında çalşır, eyni zamanda Azərbaycan Dövlət Televizyasının əməkdaşıdır. Sözün açığı, onları bu sənətə mən yönləndirməmişəm, özlərinin seçimi olub. Məni sevindirən həm də odur ki, mənim köməyimlə yox, məhz öz istedadları və zəhmətləri hesabına uğur qazanmağı bacarıblar.

- Bəzi tamaşalarda Səmədzadə ilə eyni səhnəni bölüşürsünüz. Bir valideyn kimi hansı hissləri keçirisiniz?

Hər aktyor öz oğlu ilə səhnədə tərəf-müqabil olmaq xoşbəxtliyi yaşamır. Bayaq qeyd etdiyim kimi, fəxr edirəm ki, bu bizim ailəyə nəsib olub. Amma tamaşa başlayan andan biz ata-oğul yox, tərəf-müqabil oluruq. Çünki sənətin öz yeri var, ailənin öz yeri, bunları qarışdırmaq olmaz. Səmədzadə ilə mən uzun illərdi eyni səhnəni bölüşürük. Və tamaşa başlayan andan artıq ata-oğul yox, tərəf-müqabil oluruq. O, öz obrazını oynayır, mən öz üzərimə düşən obrazı. Maraqlı bir fakt deyim, yeni hazırlanan “Paris Notr-Dam kilsəsi” tamaşasında mən keşişi, oğlum Səmədzadə isə Baş naziri ifa edir. Əsərdən də bildiyiniz kimi, bu iki obraz bir-biri ilə düşmən mövqeydədir. Keşiş Baş naziri səhnədə boğub öldürür. Təsəvvür edin, həyatda oğlum səhnədə qatı düşmənimdi və buna görə onu boğub öldürürəm... Aktyor həyatı belədir. Əsas odur ki, həyatda oğlumla düşmən deyiləm!

Turan Etibaroğlu

“Sənətin öz yeri var, ailənin öz yeri”

“Sənətin öz yeri var, ailənin öz yeri”

“Sənətin öz yeri var, ailənin öz yeri”

“Sənətin öz yeri var, ailənin öz yeri”
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031