manera.az
manera.az

Bakıda rus filmləri həftəsi keçiriləcək

20-09-2019, 15:34

Bakıda rus filmləri həftəsi keçiriləcək
Nizami Kino Mərkəzində "Azərbaycanda Rusiya filmləri həftəsi"nin açılış mərasimi olacaq.

Manera.az xəbər verir ki, sentyabrın 23-də Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın "Kinofest" Prodüser Mərkəzi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Rusiya filmləri həftəsinin açılış mərasimi baş tutacaq.

Açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və "Kinofest" Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcəklər.

Açılış mərasiminin rəsmi hissəsindən sonra rejissor Anar Abbasov 2019-cu ildə çəkdiyi "Bitva" bədii filmini tamaşaçılara təqdim edəcək.

Qeyd edək ki, sentyabrın 23-dən 29-na qədər davam edən film həftəsi çərçivəsində Nizami Kino Mərkəzində sentyabrın 24-də saat 20:00-da rejissor Kim Drujininin "Tanki", sentyabrın 25-də saat 20:00-da Yevgeniy Bederevin "Domovoy", sentyabrın 26-da saat 20:00-da rejissor Mixail Rasxodnikovun "Doroqoy papa", sentyabrın 27-də saat 14:00-da rejissor Yelena Xazanovanın "Lyubovnitsı", sentyabrın 28-də saat 12:00-da Aleksey Kozlovun "Spasti Leninqrad" və sentyabrın 29-da saat 20:00-da rejissor Anna Parmasın "Davay razvedemsa" bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Filmlər Nizami Kino Mərkəzinin böyük zalında nümayiş olunacaq.

YARAT Müasir İncəsənət Mərəzində sentyabrın 24-də "Van Qoqi" filmi, sentyabrın 27-də "Voyna Annı", sentyabrın 28-də "Veçnaya jizn Aleksandra Xristoforova" filmləri nümayiş olunacaq. Seanslar saat 19:00-da başlayır. Filmlərə giriş sərbəstdir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031