manera.az
manera.az

Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert verəcək

Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert verəcək
Nadejda Nadejdinoy adına "Beryozka” Dövlət Akademik Xoreoqrafiya Ansamblı Heydər Əliyev Sarayında konsert verəcək.

Sarayın mətbuat xidmətindən Manera.az-a bildirilib ki, oktyabrın 11-də reallaşacaq konsertdə əfsanəvi ansambl tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edəcək.

Tamaşaçılar "Beryozka” ansamblının ifasında Nadejda Nadejdinoy və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar.

Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və "ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930