manera.az
manera.az

Mədəniyyət naziri: "Bu il bir çox festival keçiriləcək"

13-09-2019, 11:08

Mədəniyyət naziri: "Bu il bir çox festival keçiriləcək"
"Teatr mövsümü sentyabrın ortalarında başlayır. Yay mövsümündə isə bizim teatrların bir qismi beynəlxalq festivallarda iştirak edir".

Manera.az xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi brifinqdə deyib.

O deyib ki, mövsüm sentyabrın ortasında başlayıb iyunun ortası, bəzən axırına kimi davam edir:

"Demək olar, bütün teatr müəssisələrinə dövlət sifarişi veririk. Teatrlara Prezident tərəfindən maddi vəsait də ayrılıb. Bu il bir çox festival keçiriləcək".

Son vaxtlar bir neçə teatra "Xalq teatrı" adı verildiyini deyən Ə,Qarayev bildirib ki, bu, həmin teatrların beynəlxalq səviyyədə tanıdılması üçündür.

Nazirin dediyinə görə, teatrların imkanlarının genişləndirilməsi üçün maraq olmalıdır:

"İnsanlar teatrlara daha çox gəlməlidir. Teatrların potensialı odur ki, mövsüm zamanı 10-15 tamaşa olur. Ondan çox olması alınmır".
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30