manera.az
manera.az

"Naməlum Qadının məktubu" Şah Mat Teatrında

11-09-2019, 11:30

"Naməlum Qadının məktubu" Şah Mat Teatrında
“Zirzəmi teatrı” üslubunda olan ŞAH MAT Teatrının səhnəsində dünya şöhrətli yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanan "Naməlum Qadının məktubu" tamaşası təqdim olunacaq.


Manera.az xəbər verir ki, tamaşa sentyabrın 12-i saat 19.30-da İslam Səfərli 13 ünvanında yerləşən "ETUD Cafe & Bar"-da nümayiş olunacaq.

İstedadlı gənc aktrisa Günel İmanovanın rol aldığı səhnə əsəri rejissor Mir Qabil Ələkbərovun quruluşunda təqdim olunacaq.

Teatrın Mətbuat katibi Turan Etibaroğlu bildirib ki,tamaşaçılara təqdim olunan nümunə "Qara qutu" üslubunda və minimalizm yanaşması ilə hazırlanıb.Səhnə əsəri məşhur belletrist R. tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda R. ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir.

Gənc sənətçilər Mir Qabil Ələkbərov və Günel İmanovanın birgə səhnə fəaliyyəti nəticəsində hazırlanmış tamaşaya biletləri 3 AZN əldə etmək mümkündür.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30