manera.az
manera.az

Xınalıqda musiqi festivalı təşkil edilib - FOTOLAR

9-09-2019, 13:51

Xınalıqda musiqi festivalı təşkil edilib - FOTOLAR
Sentyabrın 6-da Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalının açılış mərasimi keçirilib.

Manera.az xəbər verir ki, sentyabrın 8-dək davam edəcək festival müddətində Azərbaycan, Gürcüstan və Macarıstandan olan musiqiçilər öz ifalarını təqdim edəcək və müxtəlif master-klaslar keçəcəklər.

Tədbiri açıq elan edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Xınalıqda ilk dəfədir belə bir festival keçirilir və bu davamlı olacaq. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və müasir inkişafı barədə məlumat verən F.Nağıyev bu kəndin də qədim yaşayış məskənlərindən biri olduğunu vurğulayıb.

F.Nağıyev agentliyin yeni bir konsepsiya üzərində işlədiyini diqqətə çatdırıb. Qeyd edib ki, konsepsiya ölkə başçısına təqdim olunduqdan sonra Xınalıq böyük layihələrin bir tərkib hissəsinə çevriləcək. Bu, eyni zamanda kənddə iş yerlərinin açılmasına da təkan verəcəkdir.
Xınalıqda musiqi festivalı təşkil edilib - FOTOLAR
Tədbirdə çıxış edən “VarYox” mədəniyyət və incəsənət təşkilatının rəhbəri Sitarə İbrahimbəyli layihə haqqında məlumat verib: “İşlədiyimiz komanda rəssamlardan, musiqiçilərdən və rejissorlardan ibarətdir. Biz sosial layihələri Xınalıqda və Qubanın digər kəndlərində reallaşdırmağı düşünmüşdük. Regionu turistlərə daha əlçatan etmək üçün layihələrimizdə tanınmış xalça ustaları, heykəltəraşlar və ümumiyyətlə mədəniyyət sahəsində çalışan digər sənətkarlar da əvvəllər iştirak edib. “Dağların başı” layihəsi də növbəti işlərimizdən biridir”.

Festivalda iştirak edən musiqiçilər Ben Uiler və Stefan Viliyam öz fəaliyyətləri haqqında məlumat veriblər. Onlar Qafqazda musiqinin qorunması və təbliğ edilməsi istiqamətində çalışdıqlarını söyləyiblər. Musiqiçilər bundan öncə Gürcüstanın dağlıq ərazilərində buna bənzər bir proqramda da iştirak etdiklərini söyləyiblər.

Sonra tədbirin bədii hissəsi başlanıb. Uşaqlar “Arşın mal alan” filmindən səhnəciklər və rəqs nömrələri nümayiş etdiriblər. Hətta xınalıq dilində şeir də söylənilib. Daha sonra Qərb ritmləri ilə milli musiqinin sintezi səsləndirilib.

Festivalda ərsəyə gətirilmiş məhsulların satışı məqsədilə yarmarka da təşkil olunub.

Yoqa, meditasiya vorkşopları və açıq havada nümayiş olunan kinofestivala rəng qatıb.
Xınalıqda musiqi festivalı təşkil edilib - FOTOLAR
Qeyd edək ki, “VarYox” mədəniyyət və incəsənət təşkilatının rəhbərlik etdiyi “Dağların başı” layihəsinin koordinasiyasını Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi həyata keçirir.

Məqsəd incəsənət mütəxəssislərinin iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaq, toxuculuq üzrə yeni yaradıcı dizayn yanaşmasını tətbiq etmək, buranın təbii və mədəni resurslarından istifadə edərək müxtəlif yeni fəaliyyət növlərini və məhsulları yaratmaqdır.

Burada yerli əhaliyə xarici turistlərlə ünsiyyət bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlər keçirilib. Gələcəkdə də qoruğun sosial-mədəni həyatının inkişaf etdirilməsi məqsədilə bu növ təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30