manera.az
manera.az

Teatrlarımızın sentyabr repertuarı

4-09-2019, 11:17

Teatrlarımızın sentyabr repertuarı
Manera.az paytaxt teatrlarının sentyabr repertuarını təqdim edir:

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ay maraqlı tamaşalarla çıxış edəcək.

Sentyabrın 21-də yeni mövsümü “Qarabağnamə” ilə açdıqdan sona repertuarda xüsusi yer tutan tamaşaları teatrsevərlərin ixtiyarına verəcək.

Belə ki, sentyabrın 22-də “Cəhənnəm sakinləri”, 26-da “12-ci gecə və ya hər nə istəsəniz”, 27-də isə “Bir iki, bizimki” tamaşaları nümayiş olunacaq. Bundan başqa, sentyabrın 28-də “Manqurt”, 29-da isə “Şah Qacar” tamaşaları təqdim olunacaq.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da digər sənət ocaqları kimi bu ay maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək.

Sənət ocağı sentyabrın 20-də “O olmasın bu olsun”la mövsümü açacaq. Sentyabrın 21-də “Ər və arvad”, 22-də “Arşın mal alan”, 27-də isə “Silva” (rus dilində) tamaşaları təqdim ediləcək. Bundan başqa, tamaşaçılar sentyabrın 28-də “Qodonun intizarında”, 29-da isə “999-cu gecə”ni izləyə biləcəklər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sentyabrda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Teatr mövsümü sentyabrın 19-da “Koroğlu” operası ilə açıq elan edəcək. Bundan başqa, teatrda sentyabrın 21-də “Bohema”, 22-də “Nəsimi”, 25-də isə “O olmasın bu olsun” (Gəncə) nümayiş olunacaq. Həmçinin sentyabrın 28-də “Jizel”, 29-da “Leyli və Məcnun” teatrsevərlərin ixtiyarına veriləcək.

Azərbaycan Dövlət Pantomima Teatrı bu dəfə mövsümü sentyabrın 14-də “Kişilər və qadınlar”la açacaq.

Bundan başqa, sənət ocağı sentyabrın 15-də “Ağ bığlılar”, 21-də “Underground”, 22-də “Kişilər və qadınlar” 28-də “İt gəzdirən xanım”, 29-da isə “Dejavü” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

Biletləri satış kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30