manera.az
manera.az

Akademik Musiqili Teatrda mərhum rejissor Yusif Əkbərovun xatirəsi anılacaq

3-09-2019, 09:49

Akademik Musiqili Teatrda mərhum rejissor Yusif Əkbərovun xatirəsi anılacaq


Ötən gün tanınmış rejissor, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında) baş rejissor vəzifəsində işləmiş Yusif Əkbərovun 70 yaşı tamam olur.

Qeyd edək ki, Yusif Məmmədağa oğlu Əkbərov 2 sentyabr 1949-cu il tarixində Bakıda anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib və həmin il C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin olunub. 1974-cü ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrıda quruluşçu rejissor, 1987-ci ildən
1991-ci ilədək həmin teatrda baş rejissor işləyib. Yusif Əkbərov 1991-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının
(indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrının) quruluşçu rejissoru, 2006-cı ildən 2014-cü ilədək bu teatrın baş rejissoru olub və “Qızıl toy”, “Hərənin öz ulduzu”, “Səhnədə məhəbbət”, “Qısqanc ürəklər” və s. tamaşalara quruluş verib. O, Prezident mükafatçısı idi, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdu. 110-cu mövsümünə qədəm qoyan Akademik Musiqili Teatrının kollektivi hər
zaman Yusif Əkbərovu gözəl insan və istedadlı rejissor kimi xatırlayır. Yaxın günlərdə teatrda Yusif Əkbərovun xatirəsinə onun quruluş verdiyi "Qızıl toy" (O.Kazımi, R.Heydər) tamaşası nümayiş etdiriləcək.


Turan Etibaroğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30