manera.az
manera.az

“Hamı öləcək, amma mən qalacağam” filmi nümayiş olunub

24-08-2019, 22:03

“Hamı öləcək, amma mən qalacağam” filmi nümayiş olunub


“Artım” layihə məkanında “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində növbəti film nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, bu dəfə rusiyalı rejissor Valeriya Qay Germanikanın “Hamı öləcək, amma mən qalacağam” filmi təqdim edildikdən sonra, həm də müzakirə olunub.

Rusiyanın ucqar rayonlarından birində, doqquzuncu sinifdə təhsil alan üç rəfiqədən bəhs edən ekran əsərində onların ilk addımlarından danışılır.

Tədbirin qonağı “Sevin” Ailə və Valideynlərə Dəstək Mərkəzinin yaradıcısı, reproduktiv sağlamlıq və ailə psixologiyası üzrə mütəxəssis Səbinə Abdullayeva olub.

Filmin nümayişindən sonra bu və ya digər suallar Səbinə Abdullayeva tərəfindən cavablandırılıb.

Müzakirələr zamanı ailə birliyi necə davam edir, valideynlər və valideynlərlə uşaqların arasında münasibətlər necə inkişaf edir, cəmiyyətdəki proseslər ana və qız, ata və oğul arasındakı münasibətlərə necə təsir edir, uşağı və yeniyetməni necə “nəzərdən qaçırmaq” olar, yenidən onunla əlaqə qurmağın ən yaxşı üsullar hansıdır və digər kimi suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, filmin premyerası 2008-ci il Kann Film Festivalının “Tənqid həftəsi” debüt film proqramı çərçivəsində reallaşıb və münsiflər heyəti tərəfindən “Qızıl kamera” xüsusi mükafata layiq görülüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031