manera.az
manera.az

Məhərrəm Qurbanov vəfat edib

21-08-2019, 19:55

Məhərrəm Qurbanov vəfat edib


Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz verib.



Bu gün Akademik Musiqili Teatrın aktyoru sevilən sənətçi Məhərrəm Qurbanov axşam saatlarında vəfat edib.Bu barədə MANERA.AZ-a aktyorun qızı Aytən Qurbanova məlumat verib. O bildirib ki, atası bu gün axşam saatlarında evində vəfat edib: “Avqustun 19-da beyin insultu keçirdi təcili Mərkəzi Klinik Xəstəxanaya çatırdıq.Bir çox həkimlər və cərrahlar səy göstərsədə alınmadı.Xəstəxanadan bizə dedilər ki, atanızın vəziyyəti ağırdır, bir neçə saat ömrü qalıb evə aparmağınız məsləhətdir. Biz də xəstəxanadan çıxarıb evə gətirdik, evə yenicə çatan kimi keçindi”.

Məlumat üçün bildirək ki,Məhərrəm Qurbanovla sabah Təzə Pir məscidində vida mərasimi keçiriləcək.Mərhum Yasamal qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyorlarından olan Qurbanov Məhərrəmov Valeh oğlu, 1959-cu ildə anadan olmuşdur. 1982-ci ildə Bakı Mədəni Maarif Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1983-cü ildə təhsilini Azərbacan Dövlət İncəsənət İnstitutunun "Teatr və təsviri sənət ” fakültəsinə davam etdirmiş və 1988-ci ildə institutu bitirərək Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdı. 8 ilə yaxın bu teatrda müxtəlif səpkili rollar oynadıqdan sonra, 1996-cı ildə, Bakıya gələrək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilmişdir. Mülayim səs tembri, obraza fərqli yanaşma manerası və komik situasiyalardan ustalıqla çıxma bacarığı ona bu sənət məbədinin səhnəsində çoxsaylı obrazlar yaratmaq imkanı vermişdir.

Onun iştirakçısı olduğu tamaşalarda yaratdığı obrazlar qalereyası; Əbülhəsən ("Subaylarınızdan görəsiniz”, S. Ələsgəriov, İ. Məlikzadə), Kar kişi (”Hələlik”, E.Sabitoğlu, R.Əhmədzadə), İnzibatçı ("Nəğməli könül”, E.Sabitoğlu, X.Hasilova), Cangüdən ("Bankir adaxlı”, E.Sabitoğlu, T.Vəliyeva), Xanış ("Məhəbbət oyunu”, C.Quliyev, Q.Rəsulov), Oğlan ( "Əlin cibində olsun” O.Rəcəbov, A. Babayev), Cəfərqulu ("Məsmə xala dayımdır” , R.Mustafayev, C.Məmmədov), Totuş ("Talelər qovuşanda”, R. Hacıyev), Sərxoş ("Bəydullanın möhtəşəm toyu”, R.Əkbər), Parnak ("Bir günlük siğə”, S.Fərəcov, R.N.Güntəkin), Məlik ("Aldın payını, çağır dayını”, V.Adıgözəlov, Anar), Səlim ("Şeytanın yubileyi”, O.Rəcəbov, A.Babayev), Eynulla ("Amerikalı kürəkən”, R.Mirişli, M.Haqverdiyev), Poçtalyon (" Şəhərdə manyak var”), S. Fərəcov, Ə. Nesin), Niyaz ("Matəm marşı və yaxud gözünüz aydın”, M.Məmmədov), Stepan ("Evlənmə”, N.V.Qoqol), Bibioğlu ("www. fərzəli-kef.com”, E.Sabitoğlu, C.Məmmədov), Qəzetçi Rza ("O olmasın, bu olsun”, Ü.Hacıbəyli), Nağılçı ("Yatmış gözəl və cırtdanlar”, A.Sadıqov), Axund ("Toya bir gün qalmış”, Ə.Səmədli), Padşah ("999-cu gecə”, F.Əmirovun musiqiləri əsasında), Əmirqulu ("Baladadaşın toy hamamı”, Elçin, F, Allahverdi,), Qədir ("Molla Nəsrəddinin beş arvadı”, İ. Sadıqov, tərc. D. Mustafayev), Molla və Naçalnik ("Hacı Qara”, M.F. Axundzadə), Sərxoş ("Balaca Şahzadə” , A.S.Ekzüperi, R.Ağababayev) kimi tamaşalarda müxtəlif xarakterli obrazların öhdəsindən bacarıqla gəlib.

Məhərrəm Qurbanov həm də "Qız qalası” (2000), "Qəmbər Hüseynli” (2007), "Ayrılıq imiş” (2008) kimi sənədli filmlərə çəkilib.

Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30