manera.az
manera.az

İçərişəhər haqqında film beynəlxalq kinofestivalda

21-08-2019, 10:26

İçərişəhər haqqında film beynəlxalq kinofestivalda
Azərbaycan kinorejissoru Adil Azayın “Şəhərin iç sədası” sənədli filmi avqustun 24-dən 27-dək Ufada keçiriləcək “Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalında göstəriləcək.

Manera.az xəbər verir ki, festivalın müsabiqə proqramı çərçivəsində tamaşaçılara dörd gün ərzində 48 film təqdim ediləcək. Həmçinin, yaradıcılıq görüşləri, diskussiyalar və ustad dərsləri də nəzərdə tutulub.
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda
Bu il festivalın jüri heyətinə teatr və kino aktyoru, RSFSR-in Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Sergey Şakurov başçılıq edəcək. Dəvət olunmuş qonaqların arasında isə Polşa kinorejissoru, ssenarist və prodüser, bir çox beynəlxalq kinofestivalların laureatı, Venesiya kinofestivalının “Qızıl şir” mükafatının sahibi Kşiştof Zanussi, Rusiya Federasiyası Dövlət Film Fondunun baş direktoru Nikolay Borodaçev, M.Qorki adına Uşaq və Gənclər Kinostudiyasının baş redaktoru Andrey Apostolov, “Tatarkino”nun direktoru Milyauşa Aytuqanova və digərləri var.

“Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalının müsabiqə proqramında Avstraliya, Azərbaycan, Hindistan, Çin, Myanma, İndoneziya, İran, Fransa, Qazaxıstan, Qırğızıstan, Litva, Nepal, Moldova, Ruanda və digər ölkələrdə lentə alınmış ekran əsərləri təqdim olunacaq.

Festivalın təsisçiləri Başqırdıstan hökuməti, bu respublikanın Mədəniyyət Nazirliyi, Əmir Əbdrazakov adına “Başkortostan” kinostudiyasıdır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30