manera.az
manera.az

“Master və Marqarita” ekranlaşdırılacaq

19-08-2019, 10:23

“Master və Marqarita”  ekranlaşdırılacaq
Mixail Bulqakovun əsəri əsasında hazırlanan “Master və Marqarita” filminin çəkilişləri 2020-ci ilin yazında başlayacaq.

Manera.az xəbər verir ki, filmin rejissoru Nikolay Lebedev, prodüseri Rusiyanın ORT kanalının baş direktoru Konstantin Ernesdir.

Çəkiliş heyəti bu layihənin Rusiyada son illərdə çəkilən ən yüksək büdcəli ekran əsərlərindən biri olmasını söyləyir.

Filimdə əcnəbi aktyorların iştirakı gözlənilsə də hələ ki, adlar çəkilmir.

İ.Tolstunov: “Gələn ilin mart ayından “Master və Marqarita” filminin çəkilişlərinə başlayırıq. Kastinq hələ davam edir. Layihədə əcnəbi aktyorların iştirakı gözlənilir. Filmin büdcəsini elan etməsək də bunun Rusiya kino tarixində ən bahalı film olduğunu söyləyə bilərik”.

Qeyd edək ki, filmin rejissoru olacaq Nikolay Lebedev “Ekipaj”, “Əfsanə nömrə 17” kimi məşhur filmlərin müəllifidir.

Proyekt Rusiya Kino Fondu tərəfindən dəstəklənib./ruscadan tərcümə: Günel Eyvazlı/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30