manera.az
manera.az

Müslüm Maqomayevin xatirəsi anılacaq

16-08-2019, 13:32

Müslüm Maqomayevin xatirəsi anılacaq


Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, bəstəkar, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin anadan olmasının 77-ci ili tamam olur.

Mədəniyyət Nazirliyindən Manera.az-abildirilib ki, bu münasibətlə birinci Fəxri xiyabanda nazirliyin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri sənətkarın məzarını ziyarət edəcək, onun milli musiqimizin inkişafındakı xidmətlərindən söz açacaqlar.

Qeyd edək ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin sehri, zəngin yaradıcılığı unudulmaz sənət abidəsinə çevrilib.Müslüm Maqomayev Azərbaycan ifaçılıq sənətinin bir növ rəmzi kimi tanıdıb. Xalqına bağlı olan bu böyük sənətkar dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandıra bilib.

1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.Babası görkəmli bəstəkar Müslüm Maqomayev Azərbaycan bəstəkarlıq və dirijorluq məktəbinin qüdrətli sənətkarlarından biridir. 1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan sənətkara C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı böyük şöhrət qazandırıb.Lirik bariton səsə malik olan müğənninin ifasında “Koroğlu”, “Şah İsmayıl”, “Toska”, “Aleko” operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tutur. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev sözün əsl mənasında ümumxalq məhəbbəti qazanmış sənətkarlardandır. Azərbaycan estrada ifaçılığı sənətini xaricdə yüksək səviyyədə dəfələrlə təmsil etmiş müğənni 1969-cu ildə Sopot Beynəlxalq Mahnı Müsabiqəsində, Kannda keçirilən “Qızıl val” müsabiqəsində birinci mükafata və laureat adına layiq görülüb.

Müslüm Maqomayev 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa, İran və bir çox başqa ölkələrdə uğurla çıxış edib. O, həm Azərbaycan, həm keçmiş SSRİ-nin respublikalarında keçirilən dövlət əhəmiyyətli tədbirlərin, mədəniyyət günlərinin, qurultay və plenum çərçivəsində keçirilən konsertlərin daimi iştirakçısı olub. Müslüm Maqomayev haqqında “Oxuyur Müslüm Maqomayev” filmi çəkilmiş, müğənni özü “Nizami” bədii filmində baş rolda çıxış edərək dahi Azərbaycan şairinin özünəməxsus, yaddaqalan obrazını yaradıb. Onun müəllifi və ifaçısı olduğu “Mavi əbədiyyət”, “Təntənəli mahnı”, “Mənim Azərbaycanım”,“Sənsiz”,“Sevgili canan”,“More”, nəğmələri Azərbaycan estrada mahnısı irsinin parlaq nümunələri kimi səslənir.Yaradıcılğı dövründə keçmiş SSRİ-nin və Müstəqil Azərbaycanın fəxri adlarına bir çox orden medallarına layiq görülmüşdür.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30