Bakıda VI Beynəlxalq Kitab Sərgisi keçiriləcək

Tarix:16-08-2019, 11:53 Baxış Sayı:59

Bakıda VI Beynəlxalq Kitab Sərgisi keçiriləcək
2019-cu il 27-29 sentyabr tarixində ölkəmizdə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Bu barədə Manera.az -a tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən xəbər veriblər.

İştirakçılar Sərgi-Yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi (6 kv.m.-dək) və avadanlıqlar ödənişsiz veriləcək.

Qeydiyyat davam edir. VI Bakı Beynəlxalq Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec 19 avqust 2019-cu il, ərizə-müqavilə isə 31 avqust 2019-cu il tarixinədək təqdim edilməlidir (nrtis@mct.gov.az).

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ