manera.az
manera.az

Bu həb insanları tənhalıqdan qutaracaq

1-07-2019, 15:52

Bu həb insanları tənhalıqdan qutaracaq
Elm adamları tənhalıqla mübarizə üçün həb yaradır

MANERA.AZ xəbər verir ki, amerikalı elm adamları tənhalıqla mübarizə aparacaq həb üzərində işləyirlər. Bu barədə "Guardian" nəşrinə açıqlamasında Çikaqo Pritzker Tibb Məktəbi Universitetinin Beyin Dinamikaları laboratoriyasının direktoru Enter Stefani Kakioppo deyib.

Su içməyə ehtiyacımızın olduğunu deyən susuzluq hissi kimi tənhalıq hissi də bizim ictimai varlıqlar kimi ünsiyyətə ehtiyacımızın olduğunu deyir. Kakioppo və komandasının bildirdiyinə görə, tənhalıq o zaman yaranır ki, kimyəvi signallar bizi başqalarıyla ünsiyyət qurmağa çağırır, amma hiper-həssas düşüncələrimiz bunu məsələn, ictimai təşviş kimi təhlükə hesab edir və bizi ünsiyyətdən soyudur.

Nəyə görə çox ağıllı insanlar xoşbəxtliyi tənhalıqda tapırlar?

Bu hisslə mübarizə aparmaq üçün elm adamlarından ibarət komanda "pregnenolon" adlı həb üzərində işləyirlər, bu həb təşviş hissi və potensial təhlükələrin həddindən artıq şişirdilməsiylə mübarizə aparacaq.

Kokiopponun məqsədi tənhalıq hisslərinin qarşısını almaq deyil, o, sadəcə olaraq bu duyğuların ağıl və bədən üzərindəki zərərli təsirlərini məhdudlaşdırmaq istəyir. "Əgər biz tənha fərdlərin düşüncəsindəki xəbərdarlıq sistemini uğurla azalda bilsək, onları başqalarından ayırmayacağıq, əksinə birləşdirəcəyik", - Kokioppo "Guardian"a açıqlamasında deyib.

Tənhalıq hisslərinin qarşısını almaq üçün müxtəlif məşğuliyyətlər var. Ancaq elə fərdlər var ki, onlarda bu hiss həddindən artıq çoxdur və bu hiss onları hansısa məşğuliyyətdən, ünsiyyətdən soyudur. Elm adamları üzərində işlədikləri həbin xüsusilə bu cür insanlar üçün faydalı olacağını irəli sürürlər.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30