manera.az
manera.az

Nasir kimi tanınan, ancaq şeir də yazan məşhurlar

21-06-2019, 13:33

Nasir kimi tanınan, ancaq şeir də yazan məşhurlar
Manera.az nasir kimi tanınan, ancaq şeir də yazan tanınmış yazıçılarımızı təqdim edir.

İsa Muğanna

Ard-arda romanları çap olunurdu. Və bir gün qəfil silsilə şeirləri çıxdı. Ancaq romanları qədər uğur qazanmadı.

Vidadi Babanlı

Şeirlə başlayıb yaradıcılığa. Sonra nəsr əsərləri yazdı və nasir kimi məşhurlaşdı. Yaşlı vaxtlarında qəflətən şeirə qayıtdı. Hətta şeirlər kitabı da nəşr olundu.

Əlibala Hacızadə

Romanlarının içində şeirlər yazırdı. Əsasən, obrazlarının dili ilə. Sonra məlum oldu ki, özü də altdan-altdan yazır. Axırı ayrıca şeirlər kitabı nəşr olundu.

Anar

Nəsrlə başlayıb yaradıcılığa. Yaşlı vaxtlarında gözlənilmədən şeirə başladı. Sərbəst də, heca da vardı o şeirlərin içində, hətta qəzəl də. Şeirlər az keçməmiş kitab oldu.

Əkrəm Əylisli

Gəncliyində şeirlər yazıb. Sonradan şeirlərindəki poetiklik nəsrə ötürüldü. Ancaq arada yenə şeir yazır. Ancaq ironik, parodiya kimi. Məmməd Arazın Musa Yaquba yazdığı “Şair qayalara, daşlara söykən” şeirinə belə bir parodiyası məşhurdur: “Şair, partiyaya, vətənə söykən!”

Vaqif Nəsib

O da şeirlə başlayıb yaradıcılığa. Sonra bir hekayə yazdı və ondan sonra nəsrə keçid elədi. Amma arada yenə şeirlər yazır... Yaşlı vaxtlarında axsayan itə yazdığı şeir lap məşhur oldu. Tanıyanlar bilir ki, Vaqif müəllim özü də axsayır. O, şeirdə özünü axsayan itə bənzədərək qeyri-adi gediş etmiş, çoxunun aşağı nəzərlərlə baxdığı axsaq itə belə bütün canlılar kimi əsl şair sevgisi göstərmişdi.

Seyran Səxavət

Şair kimi tanınıb əvvəl, sonralar nəsrə keçid eləyib. Onun bu misralrı hələ də dillər əzbəridir:

Sıxma ürəyimi ürək cəhənnəm
Axı sən ordasan, sən sıxılarsan

Kamal Abdulla

Alimlikdən əlavə gəncliyində şeirləri ilə tanınıb, qəbul olunub. Şeir kitabları çıxıb. Sonra hekayələri, romanları çap olundu, yazıçı kimi daha çox tanındı. Onun məşhur romanlarından birinin adı öz şeirinin misrasıdır: “Unutmağa kimsə yox”.

Aqil Abbas

Gəncliyində bir neçə şeir yazıb. Daha doğrusu, özünün dediyinə görə, şeirləri bədahətən deyirmiş, dostları onu kağıza köçürüb çap edirmiş.

Rafiq Tağı

Moskvada oxuduğu illərdə - tələbəlik vaxtı “Ekstremal şeirlər” adlı silsilə yazdı və nəsr kitablarında çap olundu./kulis.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30