manera.az
manera.az

Eyfel Qülləsində gizli otaq- FOTO | MANERA.AZ

17-07-2015, 12:55

Eyfel Qülləsində gizli otaq- FOTO | MANERA.AZ
Parisin mirvarisi hesab edilən Eyfel qülləsini hamı çox yaxşı tanıyır və bu qüllə haqqında hər bir kəsin müəyyən məlumatı var.

Eyfel qülləsinin ən yüksək zirvəsində gizli otaq aşkar edilib, bu haqda, hətta qüllə ilə ən yaxından maraqlanan turistlərin belə xəbəri yoxdur.

Hələ qüllənin qurulduğu vaxt ən sonuncu mərtəbədə gizli otaq hazırlanıb. Bu otaq xüsusi olaraq konstruktor – mühəndis Qüstav Eyfel üçün düzəldilir. Otaq o zamanlar – yəni, XIX əsrdə adi bir iş otağı üçün lazım olan əşyalardan ibarət olmuşdur: yazı masası, stullar, masaüstü lampa, bir çarpayı və bir royal.

Hələ o zamanlar bu otaq haqqında məlumatı olanlar Eyfelə həsəd aparırdılar. Hətta imkanlı şəxslər Eyfelə, o dövr çox böyük miqdarda pul da təklif edirdilər ki, heç olmasa bircə gecəlik orada qalsınlar. Amma Eyfel buna heç vaxt razılıq vermir, həmin bu gizli otaqda Eyfel tez-tez yaxın dostları ilə görüşüb söhbətləşər və gününün çox hissəsini dostları ilə bu otaqda keçirərdi. Onların içərisində yüksək vəzifəli şəxslər, tanınmış ixtiraçılar və görkəmli şəxsiyyətlər də var idi. Əksər hallarda bu cür yığıncaqlar gecədən səhərədək davam edərdi. Aşkar edilən otağın varlığı haqda ABŞ-ın məşhur ixtiraçısı və iş adamı Tomas Edissonun əlyazmalarında da rast gəlmək mümkündür..

1899-cu il sentyabrın 10-da həmin otaqda elektrik lampasının yaradıcısı Tomas Edissonla Qüstaf Eyfel arasında baş tutan görüş 10 saat sürüb.

Qüstav Eyfelin qurduğu dünya şöhrətli qüllədə özü üçün hazırlatdığı gizli otaq o zamandan indiyədək, hələ də milyonlarla insanlar üçün böyük maraq kəsb edən bir otaq olaraq qalmaqdadır.


Eyfel Qülləsində gizli otaq- FOTO | MANERA.AZ
Eyfel Qülləsində gizli otaq- FOTO | MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031