manera.az
manera.az

Ağıl və zəka barədə...| MANERA.AZ

Ağıl və zəka barədə...| MANERA.AZ
manera.az

AĞIL VƏ ZƏKA BARƏDƏ


Şübhəsiz ki bu, təbii bir şeydir; kimdə nə varsa ona da önəm verəcəkdir; insanda olmayan bir keyfiyyətə onun önəm verməsi, mümkün deyildir. Və şübhəsiz ki bizdə insanların nitqində və düşüncəsində hər zaman bir "təcrübə" və "yaş" tendensiyasının mövcud olması (insanlarımızın, hər zaman təcrübədən və yaşdan danışması) da bir təsadüf ola bilməz; bu, bütövlükdə cəmiyyətimiz nəzdində təcrübənin oynadığı rolun, və "hər şeyi yoxlayaraq bilmək" və ya “başı daşa dəyə-dəyə öyrənmək” durumunun biləvasitə inikasıdır. İnsanlarımızın həyatda yaşaması üçün əlllərində, ağıl adlı bir vasitə olmadığı üçün, yalnız təcrübənin ümidinə qalıblar. Onlar üçün "ağıl" adlı bir anlayışın var olması və hətta aktual olması belə, onların, ağla böyük önəm verdiyini (və dolayısıyla ağıllı olduqlarını) göstərmir; çünki zatən ağıl, özəlliklə çağımızdakı cəmiyyətlər üçün təməl və yayğın varoluşsal bir faktordur; bu faktorun heç bir rolunun olmayacağı və təsirinin minium həddə olacağı, özəlliklə dünyanın mərkəzində yerləşən və təbii olaraq əsas qlobal tensensiyalardan etkilənən bir cəmiyyət üçün düşünüləməz(Bu, eynilə Tanrının və dinin varlığı və önəmi kimi bir məsələdir; onun aktual olmadığı heç bir cəmiyyət olamaz və düşünüləməz; sadəcə onun düşüncələrdəki inikasının deformativliyi və təhrifindən danışmaq olar). Və ağıl da, bəlkə ilk insan dövrlərində olmasa da, ondan sonrakı dövrlərdə və özəlliklə ortaçağdan etibarən, labüd bir şəkildə bəşəriyyət üçün aktual və gündəmdə olan bir amil olduğu üçün, onun ən azından bir anlayış olaraq hər zaman varlığını sürdürəcəyi kəsindir. Və bu günkü dövrdə cəmiyyətimizdə də "ağıl" deyə bir qavramın olmaması ya da passiv olması, zatən mümkün deyildir. Əvəzində isə insanlarımızın "ağıl" anlayşından qəsdi, təbii olaraq onların həyatında təcrübənin oynadığı rola paraleldir; onlar, "ağıllı insan" deyərkən, "məntiqli, zəki insan"dan daha çox, "tərbiyəli, insan" deyə bir anlayışı nəzərdə tuturlar. Gerçəkdə isə şübhə yoxdur ki ağıl və təbiyə(ya da əxlaq) nə qədər ortaq və bənzər özəllikləri olsa da bir-birindən ayrı 2 məfhumdurlar. Ağıl; zəka, məntiq, analiz qabiliyyəti deməkdir; əxlaqsız bir insanın da zəki, məntiqli olması mümkündür. Necə ki dünyada, qlobal və orqanizə cinayətlər törədən və hətta dövlətləri və hökümətləri belə, aciz vəziyyətdə buraxan əxlaqsız insanların-cinayətkarlın bunu edə bilməsi, zəki olmadan mümkün deyildir.

Yada eynilə əxlaqlı bir insanın da zəkasız, məntiqsiz olması mümkündür(çox asanlıqla, "dünyanı ancaq massonlar idarə edir" kimi bir bəsit və məntiqsiz qavrayışa qapılan çoxlu sayda əxlaqlı amma məntiqsiz insan vardır).

Və cəmiyyətimizin, ümumilikdə məntiqsiz və zəkasız olmasının sonuclarını, bir çox başqa aspektdən də görmək mümkündür. Məsələn düzgün təsbit olunmuş yayğın bir qanaət vardır; "bizimkilər, başqa ölkələrə (xüsusən də Avropa və hətta Türkiyə kimi ölkələrə) gedəndə, bizə qəribə baxırlar və bizim insanlar, onlara ilginc gəlir”.

Bunun səbəbi də elə əslində zəkayla bağlıdır; insanlarımız, zəkasız olduğu üçün təbii ki zəkasız bir insanın danışığı, nitqi də əsas etibarilə məntiqsiz və anlamsız olacağı üçün, daha zəki olan Avropa və hətta Türkiyə, İran kimi ölkələrin orta statistik insanına, qəribə və anormal görünürük.

Ya da məsələn daha bir haqlı və yayğın qənaət vardır; "İran da, müsəlman ölkəsi olduğu halda, onlarda qadınların hüquqları və onların cəmiyyətdəki mövqeyi, bizim qadınlarla müqayisədə çox açıq bir fərqlə, daha üstün durumdadır".

Amma bu durumun səbəbini, yəni 2 müsəlman ölkədə qadınların hüquq və rollarının belə fərqli vəziyyətdə olmasını, sadəcə inzibati-dövlət siyasətində və qanunlarda axtarmaq yanlışdır; bir qadının hüququnu dövlət nə qədər qorusa da dövlətin yapa biləcəyi bəlirli bir sərhədə qədərdir; əgər qadın öz hüququnu bilmirsə və ya biləcək kapasitədə deyilsə o halda ən mükəmməl qanun və inzibati nəzarət belə, genəl anlamda qadınların hüququnu qoruyamaz. Elə isə bizim qadınlarla, İran qadınların hüquq və rolları arasındakı bu kəskin fərqi açıqlayacaq təməl amil də elə ağıl və zəkadan başqası deyildir; istər təhsil, istər mühit istərsə də genetiksəl faktorlar baxımından İranda elm və genəl zəka düzəyi, bizim toplumla müqayisədə xeyli yüksək olduğu üçün təbii olaraq cəmiyyətin ayrılmaz və vahid hissəsi olan qadınların da ümumi zəka və ağıl səviyyəsi, bizim qadınlardan xeyli yüksəkdir. Və nəticə etibarilə onların qadınları öz hüquqlarını daha yaxşı qoruya bilir və cəmiyyətdə öz rollarını daha bilirlər; özzlərini daha yaxşı dərk edirlər.

Bütün sahələrdə; kollektiv idman sahələrindən tutmuş, məişət məsələlərinə, qadın hüquqlarından tutmuş tutmuş ümumilikdə vətəndaş hüquqlarına, elmdən tutmuş mədəniyyətə, bütün sahələrdə geridə qalmasının əsas və təməl səbəbi; genetiksəl, mühitsəl və təhsil baxımından zəif durumda olmağımızdır; ağlımızın və zəkamızın zəif olmasıdır.

Bu acınacaqlı durumu dəyişdirmək üçün əlbəttə yetərincə uzun zaman və ciddi proseslər gərəkir; ən əvvəl təhsil, normal vəziyyətə gətirilməlidir(Ümumiyyətlə dövlət və hökümətin istəyi və razılığı olmadan, cəmiyyətimizin zəka düzəyini ümumi anlamda düzəltmək mümkün deyil).

Amma əlbəttə fərd olaraq, hər kəs özlüyündə çox şeyi dəyişə bilmək imkanındadır; bunun yolu da elmdən, oxumaqdan, düşünməkdən keçir. Oxumadan, düşünmədən, elm əldə etmədən, ağıllı olmaq mümkün deyil. Baxmayaraq ki bu da, hələ ağıllı olmaq üçün yetərli deyil ancaq bunsuz ümumiyyətlə heç nə etmək mümkün deyil!....

Bəli, oxumayan, düşünməyən, elmdən uzaq bir insan, özünün ağılsız olmasına razı olan bir insandır!...


Manera.az Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031