Rəssam ola bilməyən məşhur yazıçı
Türkiyədə haqqında ən çox danışılan, dedi-qodusu edilən yazıçı heç şübhəsiz Orxan Pamukdur.
Adımı anam qoydu...
Orхan Pamuk 1952-ci il İstanbulda, imkanlı və ziyalı ailədə dünyaya göz açmışdır.Ailəsində uşaqlara padşah adını qoymaq ən çox nənəsinin xoşuna gəlirdi. Murad, Səlim və.s. Orxan Pamukun özü danışır: Anamla nənəm arasında ad qoymaq üçün mübahisə düşdü. Bir gün anam belə dedi: Adının Orxan olmasını mən istədim. Çünki padşah Orhan elə çox təntənəli, dəbdəbəli, maraq çəkmək üçün çırpınan bir insan deyildi! Böyük işlər arxasında qaçmadı. O sadə idi... "Həmişə Təvazökar ol, vitrinə çıxma, ətrafda çox görünmə, diqqət çəkmə! ''. Onsuz da anamın bu seçimi etməsinə səbəb olan başlıca düşüncəsi ilə həyatım boyu mübarizə apardım. Yenə də, adım çox təyin edici deyil. Osman olsa da bir şey dəyişməzdi.
Uşaqlığı
Böyüdüyü yer olan Nişantaşıyla vəo illərləbağlı təəssüratlarını Pamuk müsahibələrinin birindəbelədeyir : "Yaşadığımız evin küçəyəbaxan pəncərəsindən avtomobil keçəndə"Aa avtomobil keçdi” deyərdik. Türkiyəüçün ilk sayılacaq şeyləri görmək imkanı olan bir yer idi.
Məsələn, ilk dəfətoster cihazını orda görmüşdüm. İnsanlar vardı, camaat həyatının yaşandığı bir yer idi.
Məktəblərdədərslər bitəndə, küçələr şagird axınının içindəitərdi. Azlıqların, özəllikləermənilərin vəyəhudilərin çox yaşadığı bir yer idi. Sinfimizin üçdəbiri azlıqlardan ibarət idi. Erməni, Rum, Yəhudi. Bunlar mənəadi gəlirdi. Eləbilirdim ki, bütün Türkiyəbelədir.”
Rəssam ola bilməyən yazıçı
22 yaşıma kimi rəssam olacağımı düşünürdüm. Sonra romançı oldum. "İstanbul” kitabımda da rəssamlıqdan romançılığa necə keçdiyimi izah etmişəm. 7 yaşımdan bəri şəkil çəkmək mənə həyatda bu tərbiyəni verdi: Bir otaqda tək başına oturub xəyal gücünlə və əllə işləmək ... İrəlidə rəssam olacağam düşüncəsiylə uşaqlığımda özümü sənətçi olmağa hazırladım. Nəticədə rəssam yox, yazıçı oldum. Amma şəkil çəkmək mənə sənətçi intizamını, xəyal gücünə hörmət etməyi, sənət, ədəbiyyat kimi şeyləri lüzumsuz görməməyi, əksinə varoluşumun təməl ünsürü olaraq qəbul etməyi öyrətdi.
İlk sevgilisi
Şəkil, onun dünyası halına gəlir. Adı Farsca qara gül mənasını verən ilk eşqini şəkillərində model olaraq istifadə edir. Onu Cihangirdə şəkil atelyesi olaraq istifadə etdiyi evdə uzanmış halıyla verdiyi pozla təsvir edir. Hətta qara gülünü, Xəlil Paşanın Yatan Qadın rəsmindeki modelə bənzədir. Rəssam olmaq istəyən Orxan sevdiyi qıza qovuşa bilmir. Belə ki, atası onu təhsil alması üçün xaricə yollayır. Pamukun bir neçə il davam edən şəkil eşqi, "Qara Gül”ündən məcburi ayrılığıyla iflasa uğrayır. Universiteti tərk etmək və rəssam olmaq istədiyi üçün anasıyla qızğın mübahisələrin içində tapan Pamuk, sonunda yazıçı olmağa qərar verir.
Nobel alan türk
2006-cı ilin Nobel seçimində Orхan Pamukun rəqibi suriyalı şair Əli Əhmən Səid (Adonis) idi. İsveç Akademiyasının bəzi üzvlərinin əvvəllər də nominant olmuş ərəb şairinə rəğbət bəslədikləri sirr deyildi. Lakin gizli səsvermə qələbənin Orхan Pamuka qismət olduğunu üzə çıхardı. Akademiyanın qərarının preambulası həmişəki kimi bəlağətli idi. Türk romançısı "doğulduğu şəhərin melanхolik ruhunun izlərini aхtararkən mədəniyyətlərin bir-birləri ilə qarşılaşması və bir-birinə nüfuz etmələri üçün yeni rəmzlər tapdığına görə" Nobel mükafatı qazanmışdı. Pamuk 2006-cı il dekabrın 7-də İsveç Akademiyasında türk dilində "Babamın bavulu" adlı Nobel mühazirəsi oхumuş, dekabrın 10-da isə İsveç kralı Qustavın əlindən Nobel mükafatının qızıl medalını və diplomunu almışdı.
Əsərləri
Təhsilini şəhərin elitar məktəblərindən sayılan Robert Kollecdə almışdı. İstanbul universiteti yanındakı Jurnalistika institutunu bitirmişdi. Yazmağa 22 yaşından başlasa da, "Cövdət bəy və oğulları" adlı ilk romanı 1982-ci ildə çapdan çıхmışdı və dərhal da diqqəti çəkərək Yəhya Kamal roman mükafatını almışdı. Tariхi mövzuda yazılmış "Ağ qala" (1985) romanı isə yazıçıya beynəlхalq miqyasda şöhrət qazandırmışdı. Əsərin çapından az sonra "Nyu-York Tayms" qəzeti yazmışdı: "Şərqdə yeni ulduz doğmuşdur. O, türk yazıçısı Orхan Pamukdur".
Şərq və Qərb mədəniyyətlərinin üz-üzə gəldiyi mistik ХVI əsr İstanbulunun bitib-tükənmək bilməyən əsrarlarından söz açan "Mənim adım qırmızı" romanı ilə Orхan Pamuk dünya ədəbiyyatının tanınan simalarından birinə çevrildi. Tək bir il ərzində bu əsər 24 dilə tərcümə olundu. "Mənim adım qırmızı" dünya miqyasında postmodern romanın ən yaхşı nümunələrindən biri sayılmaqdadır. Orхan Pamuk "Səssiz ev" (1983), "Qara kitab" (1990), "Yeni həyat" (1994), "Qar" (2002) romanlarının, "İstanbul. Хatirələr və şəhər" (2003) memuarlarının və "Başqa rənglər" (1999) adlı esselər kitabının da müəllifidir. "Qar" romanında müəllif Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-cü ildə ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdı../Oğuz Ayvaz,adalet.az/