manera.az
manera.az

Mən lazım olan zaman, lazımi yerdə olurdum-Müsahibə

Mən lazım olan zaman, lazımi yerdə olurdum-Müsahibə


Müsahibim Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin direktor müavini Elçin Hüseynovdur.


- Təhsilin keyfiyyət göstəricisi daha çox hansı amillərdən asılıdır?

Təhsilin keyfiyyətini artırmaq üçün daha çox Amerika və Avropanın nüfuzlu universitetlərində özünü doğrultmuş sistemi bizim təhsil müəssisələrinə gətirmək lazımdır. Eyni zamanda Azərbaycan təhsil sistemini dünya ali təhsil məkanına inteqrasiyası istiqamətində addımlar atmaq, bu sahədə xarici ölkə universitetlərinin təcrübəsini öyrənmək və tətbiq etməklə bağlı konkret proqram və təkliflər hazırlayaraq onları həyata keçirmək lazımdır. O zaman təhsilimizin keyfiyyət göstəricisi ən üst səviyyələrdə olacaq.

- Uğurun və uğursuzluğun başlıca səbəblərini nədə görürsünüz?

Bəzən uğur qazanmaq üçün uğursuzluqda adama yardımçı olur. Fikrimcə hər kəs mübariz olmalıdır, eyni zamanda prinsipial olmalıdır, uğursuzluğa düçar olsa belə tutduqu yoldan geri çekilməməlidir.Uğur qazanmaq üçün birazda şans olmalıdır məncə, bir dəfə televiziyada xalq artistimiz Fəxrəddin Manafova sual verdilər ki necə olurdu sizin həmyaşıdlılarınız yox məhz siz seçilirdiniz filmə? O isə cavabında : mən lazım olan zaman lazımi yerdə olurdum..

- Müasir dövr ədəbiyyatla klassik ədəbiyyatı necə müqayisə edərdiniz?

Məncə hər ikisində müəyyən dərəcədə fəlsəfi fikir oxşarlığı mövcüddur, ama müasir ədəbiyyatda əsas böyük mövzu insan mövzusudur.Bəzən bu əsərlərdə ən adi həyat hadisələri qlobal səviyyəyə qalxır və təsvir olunan böyük hadisələrin belə özü yox onun fəlsəfəsi va mahiyyəti göstərilir.

- Xalq şairi Cabir Novruz “Sağlığında qiymət verin insanlara” misralarında gördüyünüz həqiqətlər...
-
Ümumiyyətlə hansı vəzifənin, hansı peşənin sahibi olursa olsun, insan gərək hər sahədə obyektiv olsun yaxşını ve pisi, haqqı nahaqdan ayıra bilsin və ən əsası bunu vaxtında bildirsin. Yer üzünde yaxşı olduqu kimi pislər də vardır.
Bu həmişə olub ve olacaq da.
Ona görə də düşünürəm ki, gərək vaxtında yaxşılara yaxşı, yamanlara yaman deyək. Cabir Novruzun sağlığıda qiymət verin şeirinde deyildiyi kimi
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

-Hər hansı bir işdə xarakter çox önəmlidir. Bu zaman insan xasiyyətinin cəhətlərini sezmək daha asan olur... Necə düşünürsünüz xarakter və idarəetmə hansı formada vəhdət təşkil etməlidir?

Bəli , məncə bütün sahələrdə xarakter önəmlidir.İnsanın hər hansı bir sahədə uğura müvəffəq olması onun xarakteri və bacarığına görədir. Biliyinə görə uğur qazanan insanlarda vardır, amma bu uğuru qoruyub saxlamaq üçün məncə xarakterdə önəmlidir. Əgər hər hansı bir kəs kapitan kepkasını taxmaq ve biznes gəmisinin sükanı arxasına keçmək istəyirsə, onun üçün daha böyük əhəmiyyət kəsb edənləri və ya Harvard Universitetinin diplomu deyil, öz xarakteri ve bacarığıdır!

- Dünya ədəbiyyatından oxumağa vacib bildiyiniz əsərlər...

Təəssüf hissi ile qeyd etməliyəm ki , son zamanlar gərgin iş rejimim və vaxtımın az olması ilə bağlı istədiyim kitablari oxuya bilmirəm. Amma bildirməliyəm ki, hələ 8-ci sinifdə oxuyarkən Viktor Hüqonun Səfillər romanını yay tətilində oxuyub bitirmişdim və bu geniş roman məndə sanki kitab oxuma sevgisi yaratdı. Universitetə qəbul olduqdan sonra isə daha çox müasir Azərbaycan yazarlarından ən çox isə İlyas Əfəndiyevin romanlarını oxumuşam. Oxumağa vacib bildiklərim çoxdur, amma Xalid Hüseyninin silsilə romanlarını oxumağı tövsiyə edərdim onun “ Çərpələng Uçuran ” romanı bitirdikdən sonra 2 ay romanın təsirindən uzaqlaşa bilmədim...

- Bir çox tələbələr universiteti bitirdikdən sonra ixtisasına uyğun iş tapmaqda çətinlik çəkirlər. Ümumiyyətlə, bu gün tələbat hansı yöndə ixtisas və peşə sahiblərinə daha çoxdur?

Əslində tələbə adını qazanmaq istəyən hər kəs bilməlidir ki, o özünü harda görür və gələcəkdə seçimini buna uyğun etməlidir. Biz bu yaxınlarda bir neçə qrupun iştikat etdiyi auditoriyada sorğu keçirdik və tələbələrin 70 faizə qədəri seçdikləri ixtisasa uyğun işləmək istəmədiklərini bildirdilər. Bu qeyri-müəyyənlik də gələcəkdə iş tapmaqda həmin tələbələrə çətinlik yaradır.Ümumilikdə deyə bilərəm ki, bu gun təlabat əsasən İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqına sahib olan kəslərədir.


- Hansı xarici təhsil proqramlarını tələbələr üçün tövsiyə edərdiniz?

Etiraf edək ki, bu gün xaricdə təhsil almaq imkanı daha çox asanlaşıb , istənilən adam müəyyən olunmuş beynəlxalq sertifikat imtahanı əldə etdikdən sonra xaricdə təhsil almaq imkanına sahib ola bilər. Qeyd etdiyim Beynəlxalq sertifikat imtahanın hazırlıqlarını Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi yüksək səviyyədə təşkil edir.Kompleksin imkanları vasitəsi ilə xaricdə təhsil almaq üçün xarici dil hazırlıqları da keçirilir.

Tural Cəfərli
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031