manera.az
manera.az

Söz haqqında - Tərcümə

Söz haqqında - Tərcümə
Pablo Neruda: Söz

…Nə deyirlər desinlər, amma hər şey- bəli, bəli, məhz hər şey, bu dünyada var olan hər şey sözdür, onlar səslənir , enir, qalxır…Mən onların qarşısında baş əyirəm…Mən onları sevirəm, onlara sığınıram, onları təqib edirəm, dişləyirəm, uduram. ..Mən sözü necə də sevirəm…Qəfil sözü…Hətta acgözlüklə gözlədiyim, eşitdiyim sözü də, budur, o pərvəriş edir, enir… Sözlər…Sevimli sözlər…Onlar alabəzək daşlar kimi bərq vurur, gümuşü balıqlar kimi suyun üzünə qalxırlar, köpük də onlardı, saplar da, dəmir də, şeh də…elə sözlər var ki, mən onların ovçusuyam…Elə gözəldilər ki, mən onların hamısını bir şerin içinə yığmaq istəyirəm. Onlar cırcırama kimi yanımdan keçmək istəyəndə onları havad aca tuturam, tutub çimizdirirəm, yemək kimi boşqabda qarşıma qoyuram, mənə elə gəlir onlar şüşədəndilər, tərpəşirlər, fil sümüyündəndilər, bitkiyə oxşayırlar, əqiq və yosun kimidilər, zeytun və meyvələr kimi yağlıdırlar… Və budur, mən onları qarışdırıram, silkələyirəm və içirəm, hər iki yanağından dişləyir və çeynəyirəm, dəyişdirirəm və azad edirəm… Mən onları bir şeirdə sırsıra kimi qoyuram, şəbəkəvari, kiçik və parltılı oduncaq kimi, kömür parçları kimi itələyirəm, qəzaya uğramış gəmi parçaları-dalğaların hədiyyəsi kimi sahilə atıram…Hər şey - sözdədir… Bütöv bir mahiyyət yalnız ona görə dəyişə bilər ki, bir söz yerini dəyişib, ya da bir başqa söz onu gözləməyən və ona tabe olmayan cümlənin ortasında şah taxta yayxanan kimi uzalı qalıb. Sözlərin kölgəsi, şəffaflığı, çəkisi, lələkləri, tükləri var sözlərin, onlar uzun-uzun çaylarda axarkən, diyardan diyara səyahət edərkən onlara qoşulub kökə çevrilmiş hər bir şeyi var. Onlar elə qədim və elə körpədilər ki… Onlar torpaqda əbədi basdırılmış tabutlarda, yeni açmış çiçəyin gözündə yaşayırlar… Mənim dilim nə qədər gözəldir və bizə qaşqabaqlı konkistadorlardan necə məlahətli bir dil miras qalıb…İşğalçılar dəli dağlarda, tükü biz-biz olmuş Amerikada kartof, paxla, donuz kolbasası, qara tütün, qızıl, qarğıdalı, yumurta axtara-axtara gəzib dolanır, hər şeyin üstünə iştaha ilə cumurdular…Onlar birdən birə hər şeyi-dinləri, ehramları, tayfaları, tapınaqları udur, hər şey onların arxalarınca dartdıqları iri torbaların içində itib batırdı…Onlar qarşılarına çıxan hər şeyi yerlə bir eləyirdilər…Barbarlara isə onların saqqallarından, çəkmələrindən, dəbilqələrindən, nallarından çınqıl kimi qopan qırım-qırınrtı, bərq vuran sözlər çatırdı, onlar bizdə qalır və işarırdı…Bu dil idi…Biz uduzduq…Amma uduş da bizim idi…Onlar bizim qızılları oğurlayıb və əvəzinə bizə yenə də qızıl saxlayırdılar . Onlar hər şeyi apardılar və heç nəyi götürə bilmədilər…
Onlar bizə sözü saxladılar, sözü…

Tərcümə: Səlim Babullaoğlu
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30