manera.az
manera.az

“Bir qadın, bir kişi soruşur”- Ortaq layihədə İlham Tumas/ MANERA.AZ

“Bir qadın, bir kişi soruşur”- Ortaq layihədə İlham Tumas/ MANERA.AZ


Manera.az və Birifinq.az birgə “Bir qadın, bir kişi soruşur” layihəsində ölkə ədəbiyyatının və ictimai mühitinin tanınan simalarını fərqli suallarla tanımağa çalışacaq. Nərgiz Nənə və Tural İsmayılovun suallarına publisist, teleaparıcı İlham Tumas cavab verir.


“Bir qadın, bir kişi soruşur”- Ortaq layihədə İlham Tumas/ MANERA.AZ


Nərgiz soruşur:

- Eşitmişəm ki, gözüsulusunuz. Həm də kobudluğunuz var. Həm elə, həm belə... Qəliz xarakter deyilmi? Həm tumar çək, həm şillə vur... Bu huyunuzla yola gedənlər varmı?

- Gözüsulu deyəndə, vallah, elə şeylər var ki, hamı zülm-zülm ağlayar, ancaq mənim gözümdən bir damla yaş çıxmaz. Ancaq elə şeylər də olar ki, heç kəsin vecinə olmaz, məni yandırıb-yaxar, kövrələrəm. Gərək ki, Mandelştamın olmalıdı, bir şeirində bu fikir yadıma düşdü: hamının güldüyünə, ağlar, hamının ağladığına gülən adamlar...

- Heç unutmaq üçün sizi özünüzlə mübarizə aparmağa məcbur edən insan olubmu? Günlərinizə, aylarınıza hopmuş adam... Burdan ona nə deyərdiniz? Amma səmimi, lütfən.

- Əvvəllər belə adamlar çox olurdu... Bir dostumu ya mənim, ya da onun suçundan itirəndə xiffətini aylarla çəkərdim. Ancaq həyat çox amansızdı. Adamı döyə-döyə daşlaşdırır. Mən də daşlaşmış hesab oluna bilərəm. Unutmaq istədiklərimi problemsiz unuduram. Bu gün kiməsə hansısa söz göndərəcək qədər də, romantik, rəhmli, yaxud amansız deyiləm.

- Sizcə, tənhalıq nədən qaynaqlanır? Gecə yatanda qapının açıq olub-olmadığını yoxlamırsan, səhər duranda yad evdəsənmiş kimi davranırsan, bəzən də qapını özün açıq qoyursan ki, birdən başıma nəsə gələr və s. Bunlar heç kimə lazım deyil məncə. Amma lazımlı tərəflərini də saymaq olar. İstəyirəm ki, tənhalığın sağını-solunu anladasınız.

- Elə insanlar olur ki, fiziki baxımdan tənha deyil, ancaq içində heç kimə aça bilməyəcəyi şeylər o qədərdi ki, dünyanın ən tənha adamıdı. Bir yazıçı deyirdi, tənhalıq yaxşı şeydi, ancaq heç olmasa, bir nəfər olmalıdı ki, tənhalığın yaxşı şey olduğunu ona deyə biləsən. Tənhalıq həyat tərzinə çevriləndə, ona xüsusi romantik əhval-ruhiyyə ilə yanaşmaq insana gülünc gəlir. Hə, nə olsun?.. Tənhadır... İnsan elə əzəldən tənhalıq xəmiri ilə yoğrulub. Hind fəlsəfəsində olduğu kimi: təhna doğulmuşuq, bu dünyadan tənha da gedirirk, bizi heç kim müşayiət eləmir. Adını çəkməyəcəm, ancaq dostumuz var, kimi görür, kimə zəng edir, deyir, bu həyatda tənhayam, təkcə sənsən mənim həyanım (Gülür). Təhnalıqdan danışanlara da, açığı, üzlərinə vurmasam da, ürəyimdə gülürəm.

- Özünüzü hansısa qadının qarşısında günahkar hesab edirsiniz?

- No comment!

- Bir gün hamımız öləcəyik, İlham Tumas. Bu ədalətlidimi sizcə? Axı ölmək istəmirik...

- O, sənə elə gəlir ölmək istəmirsən (Gülür). Əslində, hər insan şüuraltında həmişə ölümə yerikləyir. Ölüm dünyanın ən vəfalı şeyidir. Siz mənə bu həyatda bir şey göstərin ki, ölüm qədər dəqiq olsun, ölüm qədər mütləq olmalı olsun... Cavanlıqda yazdığım şeirdən bir misranı xatırladım:

Dostlar tərk eləmiş sizləri ancaq,
Qəm-kədər sıxmasın ürəyinizi,
Vəfalı ölümdür, tək o qalacaq,
Hamı unutsa da, atsa da sizi....

Bu baxımdan, əksinə, mən düşünürəm ki, ölüm həm də dünyanın ən ədalətli aktıdır. Təsəvvür eləyin, həyatımız boyu nə qədər haqsızlıq, ədalətsizlik görürürük, ancaq sonda ədalət zəfər çalır - ölürük! Haqqımızı almağımız, haqqımızı verməyimiz ölüm vasitəsilə həyata keçir. Ölüm bu dünyanın özüdür, həyatın əsasıdır, dünyanı qoruyan mətləbdir. Ölüm olmasa, Yer də, Yerdəki həyat da məhv olar, bunu ki bilirsiniz... Hər ölən özündən sonra doğulan üçün ölür və bu zəncirvari reaksiya davam edir, bəşəriyyəti əsrdən əsrə aparır. Elə isə ölümdən gözəl, ədalətli nə ola bilər, Nərgiz?

Tural soruşur:

- İlham Tumas, fəlsəfə məzunları, özü də dərk edən fəlsəfə məzunları, nə qədər hamı ilə qaynayıb-qarışsa da, hamısında qəribə bir Kamyu tənhalığı qalır. Özünüzü hamının yanında tək hesab edirsizmi?

- Bu suala cavabı təhnalıqla bağlı Nərgiz xanımın sualını cavablayarkən verdim. Düşünürəm, təhnalıq kiminsə fəlsəfədən, riyaziyyatdan, yaxud kimyadan, aktyorluqdan məzun olmağı ilə qətiyyən bağlı deyil. Yenə də deyirəm, tənhalıq həyat tərzidir, vəssəlam!

- Şüurun klassik tərifi belə idi ki, insanı ali varlıq edən əsas vasitədir şüur. Şüurun neytral qaldığı məsələlərdə nədən yardım alırsız?

- İntuisiyadan, yuxudan, instinkdən, hansısa əlamətdən və sair və ilaxır... Metafizik məsələlər həyatımın və hərəkətlərimin bir hissəsidir.

-Qadın düşünən adam üçün dərd yaxud inkişaf səbəbidir?

- Tövrata inansaq, qadın ancaq dərd verib (Gülür). Ancaq insaf naminə demək lazımdı ki, qadın bəşəriyyətin əsas hərəkətverici qüvvəsidir. İnsanı qadın doğurur... Qadın üstündə imperiyalar qurulub, imperiyalar dağılıb, milyonlar qırılıb. Bir qadının qıyqacı bir baxışına bəşəriyyətin ən gözəl sənət əsərləri yaranıb, elm inkişaf eləyib. Sadalamaqla bitən deyil bəşəriyyətin qadına olan borcu.

-Övlad nədir?

- Övlad elə insan övladıdır. Valideyn-övlad münasibətlərinə xüsusi kövrək don geyindirən adam deyiləm. Valideyn-övlad münasibətlərinin əslində nə olduğunu Kafka “Çevrilmə”də dahi şəkildə verib. Bilmirəm niyə, ancaq mən də belə düşünürəm: “Valideynlər övladlarına gələcəyə qoyulmuş kapital kimi baxırlar”.

-Həmrəyliyin mahiyyəti nədir? Dostlarınızla və çevrənizlə həmrəy ola bilirsiz?


- Bunu dostlar daha yaxşı bilərlər, ancaq özümü kifayət qədər həmrəyliyə, kompromisə, barışığa meylli biri hesab edirəm.

-Yaxşı qardaşsız?

- Qardaşımla dost olsam, hə...

MANERA.AZ,
BRİFİNQ.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30