Gürcü yazıçısı: "azərbaycanlılar arxamda durdular" - Müsahibə |MANERA.AZ
Öz tərcümeyi-halını yaradanlar
Cemal Davlianidze müasir gürcü ədəbiyyatında öz dəst-xətti ilə seçilən və sevilən yazıçılardan biridir. O, Kaspi rayonunun soydaşlarımızın da yaşadığı Axalkalaki kəndində 1947-ci il yanvarın 22-də anadan olubr. «O alovun çiçəkləri» adlı hekayələr toplusu 1978-ci ildə Tbilisidəki «Merani» nəşriyyatında nəşr edilib. O, müxtəlif illərdə nəşr olunmuş «Prezidentliyə doğru gedən yol» sənədli, «Doğranmış il», «Qayıtmaq», «Müvazinət» romanlarının müəllifidir. Əsərləri dövri mətbuatda müntəzəm dərc edilir. Yeni yaradılmış Gürcüstan Yazıçıları Milli Akademiyasının vitse- prezidentidir.
MANERA.AZ araşdırmaçı-yazar Mirzə Məmmədoğlunun ondan aldığı müsahibəni təqdim edir:.
Tanrı insanın, Petre Pavlenin, Nitşe isə Zərdüştün tərcüymeyi-halını yarada bilməz. İnsanın özü öz tərcümeyi-halının, öz tarixinin yaradıcısı da, yazanı da olmalıdır. Heyne deyib: «Hər bir məzarının baş daşında bəşəriyyətin tarixi uyuyur. Bu böyük tarixin ayrı-ayrı səhəfiələri isə bizik, bizim hər birimiz, bizim həyatın qaranlıq, istərsə də aydın tərəfləri ilə, məkan- zamanda bizim mümkün varğılımız ilə və bu imkan nə iləsə bizim həyatımızda həmişə çoxdur...
Yazıçı Cemal Davlianidze... onun tərcümeyi-halı necədir?
…Məni Cemal Davlianidzenin yanına aparan yolda Kantın sözləri yadıma düşdü: «Öz ağılımızla düşünməyə və yaşamağa çəsarətimiz olmalıdır!..»
Ani olaraq başa düşdüm ki, filosofun bu sözləri Davlianidzenin sərgilənən, istərsə də sərgilənməyən həyatının açar olacaq, buna göə də yazıçıya ilk sualım belə oldu:
- Batono Cemal, öz ağılınızla düşünməyi və yaşamağı ilk dləfə nə zaman hiss etdiniz?
- İlk şeirimi (1956-ci il) və ilk hekayəmi (1959-cu il) yazanda öz ağılım ilə düşünməyə başladım. Yadımdadır, atam Konstantine Davlianidze bəzən dostlarına mənim barəmdə deyərdi: “Beş yaşı olandə məndən soruşurdu ki, səmada ulduzlar niyə üşümür, onları nə tutub saxlayır”. Bir dəfə ona bir stəkan şərab içirtdim, mənə belə bir sual verdi: “Şərab qarnıma getdi, başın niyə hərlənir?” Deyə bilmərəm ki, valideynlərim mənim dediyim hər şeyə inanırdı. Yeniyetmə çağlarına çatanda atam bir dəfə mənə dedi: “Oğul, siqaret çəkmək istəyirsənsə, bunu gizlin etmə. İlk siqareti mənim gözlərimin qabağında çək”. Güman ki, atamın bu sözü də və sözsüz ki, idman da öz işini gördü. Həyatımda elə gün olmayıb, idmansız keçsin. Gürcü güləşini Kaspi rayonunda, ana yurdumda mişar kəpəyində öyrəndim ki, bu da mənə sərbəst güləşdə karıma gəldi. Həndbol oynayırdım, Gürcüstanın gənclər komandasının üzvü idim, halbuki, məşqçinin pis davranışlarına görə səyyar oyunlarda bir daha iştirak edə bilmədim. Nəhayət, alpinizmi seçdim, üçüncü dərəcəli idman ustasıyam, lakin orada da kifayət qədər çoxlu dostarım həlak oldular, başını buraxdım. İstədiyim qızla da «öz ağılım, düşüncəmlə» evləndim. Rusiyanın Tambov şəhərində də dörd il «öz ağılım ilə» məskunlaşdım ki, burada da təchizat şöbəsində əmtəəşünas (üzdəniraq «tarqaş» kimi) işləyirdim və paralel olaraq, filoloqluluğum Rusiyada heç kimə lazım olmadığından restoranda gitara çalırdım! Vətənə qayıdanda «sevimli kompartiya» Tbilisidə doğma evimizə məni qeydə almadı və Marneuliyə sığındım ki, burada da «Yeni Marneuli» qəzetinə redaktorluq edən məşhur şair məni qeydə aldırdı . Beləcə, həyatın məcburiyyətinə görə, qətiyyətlə demək olar ki, mən də marneuliliyəm.
- Öz ağılınız ilə düşüncə və həyat Sizə çətinliklər yaratmadımı?
- Belə düşünürəm ki, bu aksiomadır. Bizim hər birimizə yalnız öz düşüncəmiz problemlər də yaradır və sözsüz ki, nailiyyətlər də! Bunun üçün Marneulidə fəaliyyətim zamanı başıma gələn bir neçə epizod da bəs edər. Bu günə qədər «Yeni Marneuli» qəzetinin yüzlərlə nüsxəsini saxlayıram. Nəzərinizə çatdırım ki, o, iki dilli idi, gürcü və Azərbaycan Dillərində çıxırdı. Redaksiyada işləyən bütün azərbaycanlılar ilə səmimi dostluq münasibətlərim var idi ki, bu gün də davam edir. Heç vaxt gizlətmirəm və həmişə hər yerdə deyirəm ki, azərbaycanlılar yorulmaq bilməyən zəhmətkeş insanlardır, Marneulidə olan var-dövlət onların səyi, gərgin əməyi nəticəsindədir. Doğulduğum kənd Kaspi rayonundadır, Qariğula adlanır. Qonşuluğumuzda Norzalovlar yaşayırdılar. Ailə başçısının adı Söyün idi. Çoxuşaqlı kişi idi. Onlardan biri Teymur Norzalovla lap uşaqlıqdan bir yerdə böyümüşük. Onlarda çox gecələmişəm, çörək də yemişəm. Təəssüf ki, Temur hazırda dünyasını dəyişib. Partiya üzvü olmaq istəmədiyimə görə, redaksiyadakı işdən getmək barəsində ərizə yazmağa məcbur oldum. Bu gün də mənim üçün fərəhli haldır ki, buna azərbaycanlı dostlarım, əməkdaşlarım çox təəssüfləndilər, xüsusi yola salma mərasimi də təşkil etdilər və restoranda təmtəraqlı süfrə də açdılar...
-Sizin bu böyük «Odisey»inizdən hansı epizodu peşmançılıq və xoovqatla xatırlayırsınız?
-1966-cı ildən Gürcüstanın xilas olunması üçün genişlənən milli-istiqlaliyyət mübarizəsinə qatlmışdım. Elə yaşadım ki, kommunist partiyasına daxil olmadım. Buna görə də təhlükəsizlik xidməti başıma bir çox bəlalar gətirdi. Bu gün şəxsiyyət vəsiqəmdə yaşayış ünvanının yazılmalı olduğu yerdə yazılıb: «Ünvansız», yaxud öz vətənində qaçqın! Vaxtilə Racanın gözəl kəndlərinin birində yaşayan yaşa dolmuş atam yadıma düşür. Uşaqlar elə bilirlər ki, valideynlər heç zaman ölmürlər və... həyatda bu baxımdan günaha batırıq. Peşmançılıq çəkirəm ki, ona daha çox baş çəkmirdim. Məni hər dəfə görəndə qocanın gözündən sevinc yaşları gəlirdi... Eyni zamanda «peşmançılıq və xoş ovqatla» Gürcüstanda güclü zəlzələnin baş verdiyi və Raca-İmeretinin, demək olar ki, yerlə-yeksan olduğu 1991-ci il yadıma düşür. Həmin gün yer tərpənəndə, Tbilisidə idim, xəbəri televiziya ilə izləyirdim. Axşamüstü məlumat verdilər ki, atamın yaşadığı Raca tamamilə dağıdılıb. Qərbi Gürcüstana doğru yollanıb doğma güşənin dəhşətli mənzərəsi ilə rastlaşdıq… Bunu vaxtilə «Literaturuli qazeta»da («Ədədi Gürcüstan»da) dərc etdirdim və bu, bir neçə il bundan əvvəl nəşr olunan gürcü nəsri antologiyasına da daxil edilib.
-Sizin Gücüstan Yazıçıları Milli Akademiyasının yaradılmasına müəyyən xidmətləriniz var. İndi bu akademiyanın vitse-prezidentlərindən birisiniz. Akademiya barəsində nəyi deyə bilərsiniz?
-Gürcüstan Yazıçıları Milli Akademiyası vaxtında yaradıldı. Çünki bugünkü zamanda azsaylı millətləri yer üzündə silinmək, məhv olmaq təhlükəsi gözləyir. Bu ölkələr arasında bizə qarşı dostluq, istərsə də düşmənçilik əhval-ruhiyyəsində olan qüvvələr var. Biz qafqazlılarıq, Prometey-Amiraninin mifi təsadüfən yaradılmayıb. Qaqfazlılar çox gözəl bilirlər ki, ən qədim imperiyalardan bəri bu günə qədər həmin nəhəng dövlətyeyənlər xalqlarımıza və vətənimizə qarşı daim nəsə törədirdilər! Buna görə də yazıçılar akademiyası, gürcü ədəbiyyatı milli dəyərləri, ənənələri, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, teatrı və sairəni qoruyub saxlamağa borcludur. Hər şeydən əvvəl, dinimizə qarşı hücum həyata keçirilir. Əgər bugünkü hadisələr baxımından mühakimə etsək, mövcud olan böyük dövlətlərin siyasəti dinə və ailə adət-ənənələrinə qarşı yönəldilib! Bunun üçün min cür üzdəniraq qeyri-hökumət təşkilatları yaradılıbdır ki, həmin qurumlar da bol-bol qrantlarla maliyyələşdirilirlər. Xatırlatmaq istəyirəm ki, «Parçala hökm sür» Roma imperativi ümumi düşmənimizin fəaliyyət kredosudur. Tarixi yaddaşımızdan əsrlərdən bəri bugünədək Qafqazda millətlərarası nifaqın salınmasına necə cəhd göstərildiyini gözəl bilirik. İllah da ki, etnik cəhətdən çoxsaylı olan qafqazlıları bir-birinin üzərinə salmaq onlara əl verir, bu da indi göz qabağındadır. Gürcüstan Yazıçıları Milli Akademiyasının borcu xalqlar arasında dostluğun və sevginin carçısı olmaq, nifrəti yox etməkdir ki, düşmən bizim aramızda nifaq sala bilməsin. Yaxşı yadıma gəlir, babamın qonşuların həyət çəpərlərinin sayı qədər alaqapısı vardı. O, qonşuluq alaqapısı adlanırdı ki, həmin alaqapının da bağlanılması bir-birinin arasında dava-dalaş da baş versə, qadağa olunurdu. Xatırlanan qonşuluq alaqapısının toxunulmazlığı ondan xəbər verir ki, düşmənçiliklə dağıdılan bağlar sonradan sevgi, qardaşlıq, dostluqla qurulmalı idi! Millətlər arasında da belə olmalıdır! Qardaşlıqdan daha gözəl şey yoxdur və qonşuluq alaqapısının köhnə ənənəsini, azərbaycanlılarla gürcülər arasında yaxşıca mənimsəməli, həyatda möhkəm bərqərar etməliyik!
-Batono Cemal, sizə daha bir sual vermək istəyirəm. Xose Orteqa-i-Qasset yazırdı: «Bizim həyatımız elə öz imkanlarımızın kataloqudur və buna görə də bu qədər heyranedici və çoxcəhətlidir». Sizin imkanlarınızın hüdudlarının hara kimi getməsi məni maraqlandırır!
-Bu sualın cavabını da elə orada, bu böyük mütəfəkkirin yazılarındaca tapa bildiyimizə əminəm. Hər halda xatırladım. Aləm, daha doğrusu, mümkün varlığımız nədənsə həmişə yaşadığımız həyatımızdan və yaxud taleyimizdən daha çox olur. Bununla belə, düşünürəm ki, bununla ikimiz də razılaşacağıq. Lakin sual verdiniz ki, niyə dolama yol ilə gedirsiniz? Birbaşa soruşun, sizin mümkün varlığınızın həddi hardadır, - deyin. İstəmirəm boğazdanyuxarı deyilən sözlər olsun, lakin bir yazıçı kimi, bütün ölkənin olmasa da doğma rayonumun ürək döyüntüsünə, hər halda, qulaq verir, hər harayını belə eşidirəm...
- O yurd sizi xatırlayır, onun yadındasınız. Ulu Tanrı deyir ki, sizin hamınızı insan kimi yaratdım, lakin kişiliyə ancaq özümüz yol getməliyik... Hamı bu yol ilə gedə bilməz. Marneuli sizin qeyrətinizi, böyük mənəviyyatınızı, vasitəçiliyinizi, təmənnasızlığınızı xatırlayır. «Ədaləti hamı istəyir, həqiqəti isə heç kəs» deyən adam necə də haqlı imiş. Təvazökarlıq üzündən özünüzü hamı ilə eyniləşdirməyin. Sizin böyük peyğəmbərinizin dediyi kimi, «Hamı çağırılan səmtə yönəlməlidir. Qul kimi çağırılbsansa narahat olma, lakin azadlıq tapmaq bacarırsansa, ondan dərhal istifadə et». Sən də bu çağırışdan istifadə et, əzizim, Cemal... Marneuli əgər səni səsləyirsə, getməlisən! Adi adam kimi, rəhbər kimi get, başlıcası odur ki, əvvəllər olduğu kimi, indi də ədalətə, həqiqətə yaxınlaş.
-Yaxşı, aləmin necə qurulduğunu düşünməyəcəyəm. Yalnız mənə məxsus olan həyatımda necə hərəkət edəcəyim barəsində fikirləşəcəyəm. Marneuliyə qayıdıb-qayıtmayacağım barədə fikirləşəcəyəm. Elə öz aramızdır, bayaq da sizə dedim. Marneuli rayonu həmişə yadımdadır. O dövrkü sovxozlar Qaçağan, Araplı, Dəmyə-Görarxı, Alget, Sadaxlı, Seretei sovxozları, Qullar atçılıq zavodu və sair tez-tez yadıma düşür. Üzümçülüyün, tütünçülüyün, tərəvəzçiliyin harda olduğunu əzbər bilirdim... Tez-tez kəndbəkənd gəzirdim və qəzetin , demək olar ki, hər nömrəsində məqalələr, oçerklər dərc etdirirdim! Marneuli ilə indi də əlaqəm vardır. Bilərsiniz, orada bir gözəl kənd var, Yuxarı Saral kəndi. Rəhim (Roma) Hüseynov həmin kənddəndir. O, Rusiyada, daha doğrusu, Tambov şəhərinə 1993-cü ildə mühacirət etmiş böyük oğlumun dostudur və orada azərbaycanlıarın diasporuna rəhbərlik edir. Uzun illər idi ki, onun övladı olmurdu. Sonra Tanrı eşqinə məscid tikdirdi və möcüzə baş Verdi - oğlu oldu. Rəhim Hüseynovun sevincini bölüşənlərdən biriyəm. Əgər onun ailəsinə bir şey lazım olsa, imkan daxilində həmişə yardım göstərirəm... Elə buradaca onu da deyim ki, 1970-1973-cü illərdə Rusiada, Tambov şəhərində yaşayırdım, orada olan azərbaycanlılarla sıx əlaqəm vardı. Hamısının yox, birinin adını yadımda saxlayıram. Adı Dövlət idi. Bir gün restoranda dava düşdü, Dövlət və onun həmvətənləri olan azərbaycanlılar arxamda durdular. Sonra mən onlara yardım etdim, «Polimermaş» zavodunda işə düzəltdim, vətəni və yaxınlarını görmək üçün onlara Bakıya getmək üçün ezamiyyət verdirdim. Əgər Dövlət və onun dostları bu sətirləri oxusalar, mütləq onların yadına düşərəm və bəlkə də biri-birimizə görə bilərik.
Sözümün sonunda yenə də təkrar edirəm: Marneuliyə, ölkəmin ən dilbər guşələrindən birinə qayıdıb-qaytmayacağım barədə düşünəcəyəm...
Mirzə Məmmədoğlu
Tbilisi