manera.az
manera.az

Safura Həsənzadə: “Əminliklə deyə bilərəm ki...” |MANERA.AZ

Safura Həsənzadə: “Əminliklə deyə bilərəm ki...”  |MANERA.AZ
“YARADICILAR” layihəsini ərsəyə gətirməkdə məqsədimiz yolu Yaradıcılıqdan keçən gənc yazarları geniş oxucu kütləsinə təqdim etməkdir.

Budəfəki müsahibimiz Bakı Slavyan Universitetinin II kurs tələbəsi Safura Həsənzadədir.


- Bildiyin kimi, ənənəvi sualımla başlayacam sözə. Safura Həsənzadə kimdir?

- Hələki gənc yazar.

- İxtisasca İlahiyyatçısan, bir az bu barədə...

- 2008-ci ildə təsadüfən yox, öz istəyimlə Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinə daxil olmuşam. Baxmayaraq ki, ədəbiyyata çox böyük marağım var idi, məktəb illərindən kiçik şeirlər, hekayələr yazırdım. İlahiyyat fakültəsində oxumaq mənim dindar bir ruha sahib olmağımdan irəli gəlirdi. Orada təhsil aldığım müddətdə yenə yazırdım, ədəbiyyatla bağlı kitablar oxuyurdum, müasir ədəbi gəncliklə maraqlanırdım. Fakültədə fəlsəfə dərsini tədris edən müəllimim Aqil Şirinov da ədəbiyyata olan həvəsimi görüb ədəbi istiqamətdə bir çox məsləhətlər vermişdi. Bu gün əgər Bakı Slavyan Universiteti Yaradıcılıq fakültəsinin tələbəsiyəmsə bunda dəyərli müəllimimin də payı var. Ümumiyyətlə ədəbi istiqamətdə müəllimim hər zaman mənə dəstək olub.

- İlahiyyatla ədəbiyyat yola gedir?

- Mənə görə, bəli. Hətta onların ayrılığı mümkün deyil. Biz istəsək də, istəməsək də mətnlərimizdə Yaradanın varlığına toxunuruq bir söz, bir cümlə olsa belə. Bu qaçılmaz bir hisdir deyə, düşünürəm. Ədəbiyyat özü elə ilahi bir hisdir, İlahiyyatın bir parçasıdır.

- Bəs ürəklə Safurə?

- Bəzən hə, bəzən yox.

- Özündən razısan?

- Məncə insan özündən razı olmasa, həyatda çətin bir şey əldə etsin. Özündən razılığı mən təkəbbür olaraq yox, bir az özgüvən olaraq qəbul edirəm. İnsan nələrəsə nail olcaqsa daxilindəki inamına görə qazanır. Əgər özündən razılığı özgüvən olaraq qəbul ediriksə, bəli özümdən razıyam.

- Bu günki ədəbi gənclikdən necə?

- Deməzdim narazıyam. Hər kəs özünü təsdiqləmək istəyir, mətnləri ilə... Məncə ədəbiyyatımız elə bugünki ədəbi gəncliklə inkişaf edir.

- Hal-hazırda şedevr yaradan yazar kimdir səninçün?

- Zövqlər müxtəlifdir. Məsələn, bir zamanlar oxucu üçün şedevr qəbul olunan əsərlər müasir oxucu üçün maraqsız ola bilər. Hazırda mənim üçün oxuyanda gözlərimin içini güldürən, bezmədən eyni kitabı dəfələrlə oxumağa məcbur edən yazıçı Orhan Pamukdur.
Dünya ədəbiyyatından bir çox adlar qeyd edə bilərəm ki, hamımız onu oxumuşuq, oxuyuruq da, amma mənim yazıçım Orhan Pamukdur.

- Onlardan nəsə var mətnlərində?

- Oxuduqlarımız istər-istəməz bilməyərəkdən mətnlərimizdə öz əksini göstərir. Bəlkə də var, ya yoxdu bilmirəm.
- Bəs nə vaxtsa şedevr yaradacağına inanırsan?

- Düzü, mən yazanda qarşıma məqsəd qoymuram ki, şedevr yazacam. Nə vaxtsa şedevr əsər olacaqsa, buna zaman və oxucu qərar verəcək, amma əminliklə deyə bilərəm ki, Safura dünya şöhrətli bir yazıçı olacaq.

- Bax bu özgüvənin əladır. Ancaq gənc qız üçün ədəbiyyat ağır yük deyilki?

- Ədəbiyyat hiss məsələsidir. İnsan öz hislərini, enerjisini müxtəlif istiqamətlərdə paylaşır.Mənim istiqamətim də ədəbiyyatdır, enerjini paylaşdıqda insan yüngülləşir. Demək ki, ədəbiyyat əslində yük deyil, sadəcə insanı rahatladır.

- Bəs ağır hesab etdiyin nə var?

- Hər zaman buna inanmışam ki, Allah insana daşıya bilməyəcəyi yük verməz. Ağır olan nə olsa da, iradəylə, zəhmətlə öhtəsindən gəlməyə çalışıram.

- Sevgi mövzusuyla dostsan?

- Sevgi mövzusuyla dost yox, sevgiliyəm.

Ramilə QARDAŞXANQIZI
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30