manera.az
manera.az

Zəkanın isbatı | MANERA.AZ

 Zəkanın isbatı  | MANERA.AZ
“Zəka” deyə bir anlayışın və ya kateqoriyanın olmasını necə sübut etmək olar?... Ümumiyyətlə bu, isbatı mümkün olan bir şeydirmi?...
Cavab: bəli, isbatı mümkün olan bir şeydir və bu isbat, 2 şəkildə mümkündür; bunlardan birincisi, heç də hər kəsə açıq metod olmasa da, digəri, hər kəs üçün aydın olan bir metoddur.

Beləliklə 1-ci metod budur: mən bir insanın sifətinə, üz ifadəsinə baxarkən, ya dərinlik ya da dayazlıq görürəm. Bu gördüyümü, tam anlamıyla təsvir edəməm amma gördüyüm, bir illuziya və ya sayıqlama olamaz. Çünki; sifətində dərinlik və ya dayazlıq gördüyüm bir insanın fikir və ya davranışları, üzündə gördüyüm şeyi (dərinlik və ya dayazlığı) təsdiq edir. Yəni üzündə dərinlik gördüklərim, dərin fikirlər bildirir; dayazlıq gördüklərim də dayaz fikirlər bildirir.

İndi əgər zəka, bir ümumi potensialdırsa və insanın dərinlik və dayazlıq parametridirsə; bu gördüyüm uyğunluq əlaqəsini məhz zəka anlayışı ilə əlaqələndirə bilərəm. Zira əgər yüzlərlə, minlərlə örnək arasından, tək bircə yanılma da yoxdursa; yəni insanların üz ifadələrində gördüklərim ilə təcrübədəki fəaliyyətləri arasındakı əlaqə, sabitdirsə və tək bircə dənə belə, istisna və ya təzad yoxdursa demək ki bu əlaqəni, keçərli olaraq varsaya bilərik və sifətdə olan həmin dərinlik-dayazlıq ifadəsini də məhz zəkanın bəlirtisi və göstəricisi hesab edə bilərik.

Nəticə etibarilə mən, səciyyəsi bir-birindən fərqli olan lakin bir-birini təsdiq edən 2 metodla, zəka deyə bir şeyin var olduğunu isbatlaya bilərəm; bu metodlardan birisi, hər kəsə açıq metod olmasa da, məhz digəri (təcrübə) vasitəsilə, həm o biri metodun dəqiqliyini həm də iddia etdiyim hipotezin doğrulunu sübut edə bilərəm.
Beləliklə zəka deyə bir şeyin var olduğunu isbatladıqdan sonra, zatən onun çox mühüm və həlledici bir şey olması, özlüyündə aydın olacaqdır; çünki əvvəla ona görə ki zəka əgər bir insanın sifətində həlledici çaları təşkil edən və bütün digər çalarlardan daha basqın və daha aydın olan bir çalardırsa, demək ki o, zatən 1-ci dərəcəli və kateqorik bir şeydir(Bu varsayımımız, təbiətin və o cümlədən ondakı hər şeyin harmoniyası qanununa dayanır). İkincisi də əgər zəka deyə bir şey var isə və insanın ümumi(əqli və düşünsəl) potensialı anlamına gəlirsə, demək o zatən kiçik bir şey və ya ikinci dərəcəli bir meyar deyildir.

Beləliklə əgər zəka deyə bir şey var isə zatən həlledici dərəcədə önəmli bir şeydir və insanı təyin edən təməl bir meyar və anlayışdır.

Nəticə etibarilə əgər zəka çox önəmli bir şeydirsə və insanı təyin edən əsas amildirsə; demək ki biz bir insanın ən əvvəl zəka səviyyəsinə baxmalı və bütün digər şeylərinə məhz bu konteksdən yanaşmalıyıq.

Ümumiyyətlə həyatı və olayları açıqlamada və anlamlandırmada, zəka faktorunu ihmal etmək; bir ağacı, köksüz düşünmək kimi bir şeydir. İnsanın ümumi potensialını təyin edən və onun bütün şüurlu və əqli fəaliyyətinin mərkəzi olan, hətta duyusal mexanizmalarında belə, önəmli rol oynayan zəka və məntiq amilini nəzərə almadan; nə bir cəmiyyətin nə də ayrılıqda bir fərdin, nə əxlaq, nə şəxsiyyət, nə də intellektual potensialını açıqlamaq mümkün deyildir.

Məsələn zəkasız bir insan, insandan çox, heyvana bənzər özəllilklərə sahibdir. Tutaq ki bir heyvan, həcmcə özündən kiçik olan və dolayısıyla da zəif hesab etdiyi başqa bir heyvanı qamarlamağa meyilli olduğu kimi; zəkası zəif olan bir insan da, özündən yaşca kiçik olan ya da fiziki cəhətdən özündən zəif gördüyü bir insanı qamarlamağa meyillidir. Məsələn küçələrdə, biyabanlarda gördüyümüz davaların və “razborka”ların ana səbəbi, məhz cəmiyyətimizin zəkasızlığı ilə bağlıdır(Zəka zəif olanda insanın özünü gerçəkləşdirmə və ya idarəetmə meyilləri, sırf fiziki və ibtidai formada olur). Tutaq ki qərbdə və Avropada belə davalar, razborkalar, bizdən qat-qat azdır. Çünki onlarda, fiziki güc amili deyil, savad və intellektuallıq amili, "güclülük" kəsb edir və həyat, fiziki müstəvidən, əqli və fikri müstəviyə transfer olunub; onlarda məhz intellektual insan, "ən bomba insan" hesab olunur . Məsələn bizdə ümumilikdə cəmiyyətimizin özü kimi, cəmiyyətin qadınlarının da böyük əksəriyyəti, məntiqsiz və dolayısıyla da instinktlərə birbaşa meyilli olduğu üçün; onlar "pullu, varlı" bir kişini ya da "muskullu" və ya “kök” bir kişini, asanlıqla "ən bomba kişi" hesab edə bilirlər. Amma qərb qadınları, nisbətən zəki olduqları üçün, onlar üçün ən önəmli amil; sezgisəl olaraq sifət ifadəsindən duyduqları "anlamlılıq ifadəsi", səviyyə və intellektuallıqdır.

Əlbəttə qərbdə də pul, var-dövlət, muskul; müəyyən güc alqısı yaradır amma ümumilikdə götürəndə bizdə intellektuallıq amili, fiziki amillərdən arxada gəldiyi halda, onlarda isə öndə gəlir.

Zəkanın önəmini və yerini başqa aspektdən də görə bilərik; məsələn insanlar var ki onlarla, hətta yüzlərlə kitab oxuduqları halda (özü də əqli kitablar) və çox savadlı olduqları halda, heç bir yeni fikir istehsal edə bilmirlər. Bu durum, çox anormal olsa da bəsit bir səbəbə söykənir: zəkasızlıq. Belə ki, bəzi insanlar, savadlıdır amma zəki deyillər, bəzi insanlar isə savadsızdırlar amma zəkidirlər. Çoxlu sayda kitab oxuyub amma heç bir məsələyə dair, hətta adicə gündəlik məsələlərə dair belə, praktik bir çözüm istehsal edə bilməyən, fikir sahibi ola bilməyən insanlar, ancaq infomasiya daşıyıcısıdırlar, istehsalçısı yox. Lakin bəzi insanlar da var ki demək olaraq ki kitab üzü açmadığı halda; real həyatdan tutmuş, siyasətə, dinə və s. sahələrə qədər, hər bir məsələdə müəyyən bir fikir istehsal edə bilirlər.

Birincilər, savadlıdır amma savadını üyüdüb məhsula çevirəcək dəyirmanları, aparatları yoxdur; ikincilərin isə aparatı var lakin üyüdüləcək məhsulları yoxdur ya da çox azdır; olanda da onu üyüdüb məhsula çevirə bilirlər.

Zəka; mexanizm, aparat, cihaz kimi bir şeydir; o əgər varsa hər zaman fəaliyyətdədir, sadəcə hər zaman aktiv deyil, əgər aktivləşdirilsə, hər zaman məhsul düzəldib ortaya qoya bilir.

Bəs zəka necə formalaşır və onu təşkil edən səbəblər nədən ibarətdir? Bax, bu, çox mürəkkəb və dərin bir mövzudur.
Bizim savadımız hələki məhdud və zəif olduğu üçün və daha yolun başında olduğumuz üçün, bu məsələnin tam həqiqətinə hələki vara bilməmişik. Lakin ilkin versiyasımız budur:

1)Qeyri-İradi faktorlar

a)Genetiksəl.
b)Sırf metafizik(ilahi və özəl bir görəvləndirmə nəticəsində daha ağır tale yaşamaq və daha çox səbr etmək qarşılığında bəsirətin və qavrayışın xüsusi bir nisbətdə açılması)

2)İradi faktorlar:

a)Doğulandan, bəlli bir yaşa və sürətlə formalaşma mərhələsinin bitiminə qədər olan dövrdə(təxminən 20 yaş civarına qədər) qazanılan bilik və vərdişlərə uyğun olaraq oluşan duyğu və qavrayış keyfiyyətləri amili(əslində bu faktoru da qismən qeyri-iradi hesab etmək olar).
b)Bu yaşdan sonrakı dövrdə qazanılan savad və vərdişlər.

(qeyd: "vərdişlər" anlayışına, hər cür məşğuliyyət, o cümlədən əxlaq da daxildir)

Bütövlükdə biz zəkanı formalaşdıran bu 4 amilin, önəmlilik balansını və nisbətini hələki tam çözə bilməsək də, qeyri-iradi faktorların da ən az iradi faktorlar qədər önəmli olduğunu düşünürük.

Məsələn Muhəmməd peyğəmbər, yüksək elm və zəkaya sahib bir genetikadan gəlmədiyi kimi, elm və təhsillə də bağlı olmadığı halda, son dərəcə zəki bir insan olmuşdur. Ya da elə adi insan deyə biləcəyimiz şəxslərdən də belə nümunələr göstərmək olar.

Demək ki ilahi iradənin devrəyə girməsi, bu məsələdə də həlledici ola bilir və böyük önəm daşıyır, xüsusilə də bir insan, həyatı boyunca müəyyən hadisələrə dözməklə və səbr etməklə üfüqü açılmış ola bilir. Üstəlik savadın da, zəkanın ortaya çıxmasında mühüm bir amil olduğunu düşündükdə; burdan bu nəticə çıxır; bir insanın nə qədər zəki ola biləcəyi barədə real və dəqiq təsəvvür, müəyyən yaş dövrünə qədər, heç də hər zaman ortaya çıxmaya bilər. Hətta irəliləmiş yaş dövründə (məsələn 40-45) belə, tam çıxmaya bilər. Əgər bir insan, zəki amma savadsız isə və o, birdən-birə savadlı olmağa başlamışsa və özəlliklə də, hələki vücudun və zehnin qocalmadığı bir dövrdə isə; onun zəka və düşüncə səviyəsində ciddi dəyişiklik ola bilər.

Lakin zəkasız birisində isə bu ehtmal, təbii ki xeyli zəifdir.

Yekun olaraq; biz zəkanın var olduğunu və əsas amil olduğunu isbatlaya bilərik lakin təbii ki bu onu, hərtərəfli və tam şəkildə çözə bilməmiz anlamına gəlmir və bu məsələnin həqiqətinə tam vara bilmək, təbii ki daha çətindir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031