Kimsəsiz - 8-ci sinif şagirdinin hekayəsi
Sitarənin kədərli olduğu üz-gözündən bəlli idi. İki gun qabaq eşitdiyi bəd xəbər onu əməllicə sarsıtmışdı. Yuxusuz qaldğı bu iki gecədə gözləri çuxura düşmüş, hətta gözlərinin altinda kiçik torbalar yaranmışdı.
Qız başını dəli bir xəzrinin iri yağış damcılarını çırpdığı pəncərəyə söykəyib dərin bir xəyala dalmışdı. “Axı, mən sənə deyirdim qardaşım, bu karonadan özünü qoru, niyə axı mənə qulaq asmırdın. Sitarə artıq başa düşürdü ki indi qışqırıb hay küy salmagın faydası yoxdur. Artıq olan olub, keçən keçib. Bununla belə o ağlayır, Mübarizin halina acıyırdı (Sitarənin qardaşının adı Mübariz idi). Mübarizin karonaya yoluxması xəbəri onun gələcəyə olan ümidlərini qırmışdı. Sitarənin bu dünyada güvənəcəyi, başqa birisi yox idi.
Budur, indi o qardaşının müalicə olunduğu modul tipli xəstəxanadan qayıdırdı. Sitarə avtobus dayanacağına doğru addımladıqca qardaşını fikirləşir, Mübarizi itirəcəyini, bununla da saysız çətinliklərlə üzləşəcəyini fikirləşdikcə onu dəhşət bürüyür iri damcılı yağışın onun üz-gözünə çırpılmasına baxmayaraq qızı soyuq tər basırdı. Mübarizsiz Sitarənin nə güzəranı olacaqdı ki. “Ölsəm ondan yaxşıdı”,-deyə Sitarə fikirləşirdi.
Qız iki gün səhərdən axşama qədər gününü xəstəxananın həyətində keçirmiş, lakin Mübarizdən düz-əməlli bir xəbər ala bilməmişdi. Yalnız ikinci gün axşamçağı tibb bacılarından biri onun halına acımış, pəncərədən Mübarizin halını əl –qol hərəkəti ilə Sitarəyə anlatmışdı. Sitarə isə bu əl-qol işarələrindən qardaşının durumunun ağır olduğunu başa düşmüşdü.
Bütün bunları fikirləşən Sitarə avtobus dayanacagına nə vaxt çatdığını hiss eləmədi. Könülsüz avtobusa mindi. Qız, qardaşına köməyin mümkün olmadığını bilsə də. Xəstəxana həyətini tərk etmək istəmirdi, beləcə bütün gecəni Mübarizin yatdığı palatını pəncərəsinə söykəyib baxmaq istəyirdi. Avtobusda nə müxtəlif mövzularda gedən söhbətlər, nə sürücünün qoyduğu eybəcər xarici musiqi, nə nə şiddətli yağış damcıları Sitarəni daldığı dərin xəyallardan ayıra bilmirdi. Qız olub keçənləri fikirləşdikcə daha artıq kədərlənir, tənha, sakit bir yerdə doyunca ağlamaq istəyirdi.
Sitarə qardaşı ilə hələ körpəlikdən yetim qalmışdılar. Valideynləri avtomobil qəzasında həlak olanda Sitarənin iki, Mübarizin isə 4 yaşı vardı.
Qoca, əldən –ayaqdan düşmüş nənəsi onları uşaq evinə vermiş, bu bacı-qardaş bir müddət uşaq evində yaşamış, sonra isə intenat məktəbində təhsil almışdılar. Sonra uşaqlar ortada qalmasınlar deyə anasının uzaq qohumlarından biri Sitarəni evinə gətirmişdi. Sitarə keçən bu illər ərzində onları axtarmayan bütün qohumlarından incimişdi. Amma Yasəmən xalanın təklifinə razılaşmaqdan başqa əlacı yox idi, neyləyəcəkdi ki, ortada qalmayacaqdı ki. Mübariz isə Yasəmən xalının evində qalmağı qüruruna sığışdırmadı. O, fəhlə bazarında gündəik çörək pulunu qazanmaq üçün hər əziyyətə qatlaşır, elə həmin fəhlə bazarindakı yatağxanada gecələyirdi.
Mübariz hər bazar günü Yasəmən xalanın evinə gedir, bacısının əhvalını soruşur, Sitarənin xoşladığı şirniyyatdan onunçün pay aparırdı. “Özgəsinin evində qoy bacım xəcalət çəkməsin”_fikirləşirdi. Sitarə də hər dəfə qardaşını görəndə ürəyi dağa dönür, onun boy-boxunun süzür, sevinib fəxr edirdi.
Amma bu karona xəstəliyi yayılandan elə bil Sitarənin canına od düşmüşdü. “Ürəyimə gələn başıma gələr” deyirdi. Hər dəfə Mübarizlə görüşəndə “Mübariz, qardaşım, qurbanın olum ehtiyyatlı ol, özünü qoru, bu karonanı yaman deyirlər, maska taxmadan küçəyə çıxma”. Mübariz isə hər dəfə “bu karona filan hamısı bo. Şeydir, xəstəli olsaydı mən çoxdan yoluxmuşdum, hanı varsa gəlsin məni yoluxdursun”. Sitarə bunun cavabında nə deyə bilərdi ki, qardaşını başa sala bilməyəcəyini anlayır, ah çəkir, susurdu.
Sitarə yaşadığı evə qədər olan 8 dayanacağı nə vaxt keçdiyini heç hiss eləmədi. Düşmək üçün o, yavaş-yavaş adamları aralayıb avtobusun qabaq qapısına yaxınlaşdı. Bu zaman sürücü də bayaqkı eybəcər musiqiyə ara vermişdi, məşhur muğənnilərdən biri məlahətli bir səslə oxuyurdu; Getmə məndən uzaq qal sənə qurban. Mahnı Sitarəni dırnaqdan təpəyə qədər silkələdi, tərpətdi canına od saldı. Qızı soyuq tər basdı. Dayanacaqdan evə qədər yolu bir nəfəsə qaçaraq gəldi. Elə yaş paltarları ilə də çarpayıya uzandı, hıçqırıb ağladı.
Sitarənin göz yaşları dayanmaq bilmir, hıçqırığını saxlaya bilmirdi. Yasəmən xala onu ovundurmağa nə qədər səy göstərə də nəticəsi olmurdı. “Ay qızım, Axı, bəsdir, nə olub sənə. Hələki arada heç nə yoxdur, Allaha şükür sağ salamatdır. Azdır məyər xəstəxanalarda karonadan müalicə olunanlar? Onlarin biri-ikisi dünyasını dəyişir, qalanları sağalıb ev-eşiyinə qayıdır”.
Elə bilirsiz bu sözlər Sitarəni zərrə qədər ovundura bilirdi? Əksinə, o bu sözləri sanki eşitmir, daha şiddətlə hıçqırırdı.
Sitarə nə vaxt yuxuya getdiyini hiss eləmədi. O, nə qədər dərdli olsa da iki gecənin yuxusuzluğu və iki gün sərasər xəstəxana həyətində ac-susuz sərasər keçirdiyi iki günün yorğunluğu öz işini gördü. Bir də səhər saat yeddidə səsə oyandı. Yasəmən xala ucadan telefonda kiminləsə danışırdı. “Necəəə, nə zaman, haçan gələk”? Deyəsən Sitarə söhbətin artıq nədən getdiyini başa düşmüşdü. Yasəmən xala Sitarənin onun arxasında durub qulaq asdığını görüncə ağlamağını gizlətməyə çalışdı, tez o biri otağa keçdi.
Heç bir saat çəkmədi ki, qonşular evin ətrafına toplaşdılar. Yaxın saatlarda təcili yardım maşını ilə Mübarizin meyiti gətirilməli idi. Meyitin dizinfeksiya olunub gətirilməsi günorta azanına çəkdi. Qəbristanlıqda Yasəmən xala ilə ilə bir kənarda dayanan Sitarə göz yaşlarına hakim kəsilə bilmirdi. Onu hıçqırıq səsi mollanın fatihə səsinə qarışmışdı. Dərin bir hüzn içində evə qayıdan Sitarə nədənsə dünən axşam avtobusda eşitdiyi o mahnını xatırladı;
“Getmə kimsəsizəm qal sənə qurban.”
Quliyeva Lətifə
Maştağa qəsəbə 128 saylı məktəbin 8 ç sinif şagirdi