manera.az
manera.az

Mən səni bağışladım - Ayşən Rəhimdən yeni şeir

Mən səni bağışladım - Ayşən Rəhimdən yeni şeir

***
- "Bax əzizim
Mən səni and verirəm Cəbrailin vəhyinə,
İsrafilin suruna , qiyamətlər qoparma!
Sən gəl məni bağışla nə günahım varsa keç
əhv etməyin ucalıq ...kiçilməzsən bununla
Yoxsa Allah bu qədər böyük olarmıydı heç?"

-"Mən səni bağışladım,
doxsan doqquz içindən seçilənə "Əl-Əfuv" adına
Katolik kilsəsinin Müqəddəs xaçına
O bakirə Məryəmin məsum hamiləliyi,
Və ona üfürülən ruhuna
Bağışlanma adına Tanrının yer üzündə
axıdılan qanına, Məsihə bağışladım..
ən müqəddəs günaha,
müjdə daşıyıcısı Maria Magdalenaya...

Mən səni bağışladım
Lap ulu tanrılara: Zeus, Apollon, Hera
Athenaya, Froya

Və səni bağışladım gözyaşları quruyan,
Yusif üçün kor olan Yaqubun gözlərinə
Turi-Sinada xəlvət Musanın duyduğuna
Tanrının səsinə, Əhdi-Ətiqdə ona dediyi sözlərinə

Mən səni bağışladım səhər çıxıb gedənə...
gecə gələnə xatir....
*"Sən nə bilirsən ki gecə gələn nədir?"
Və səni bağışladım gecələr itiləşən tənhalıq qələmimdə yazdığım sətirlərə
ölüm dolu ətirlərə.
Və Qaranlıq altara..
And olsun ad çəkdiyim bütün müqəddəslərə
Nə bəddua elədim, nə də qarğışlamadım
Allah deyiləm amma
Əhdi-Cədid buyruğu "Bağışla" əmri üçün
Mən səni bağışladım
Mən səni bağışladım!
İndi qəfəs açıqdır daha uça bilərsən...."

*(Ət-Tariq surəsi 2-ci ayə)

Ayşən RəhimБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031