manera.az
manera.az

Rus poeziyasının günəşi: mənim sevimli yazarım Puşkin!

Rus poeziyasının günəşi: mənim sevimli yazarım Puşkin!
Səmayə RƏSULOVA
Naxçıvan şəhər 9 №li tam orta məktəbin 10-cu sinif şagirdi


Layihənin rəhbəri: filologiya üzrə fəlsəfə doktoru Nərgiz İSMAYILOVA

Dahi rus mütəfəkkiri Puşkin....Rus ədəbiyyatının zadəganı!

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər sırasına daxil edilən dahi!

Azərbaycan-rus ədəbi əlaqələri çox qədimdən tarixdə öz parlaq izlərini qoyub...

Naxçıvanda da, daim Puşkin irsinə böyük maraq olub... Günümüzdə də, Puşkini oxuyur və sevirik... M.T.Sidqinin elmi irsində onun “Puşkin” adlı kitabı xüsusi yer tutur.
Rus poeziyasının günəşi: mənim sevimli yazarım Puşkin!
Bu kitab müəllim-şairin 26 may 1899-cu il tarixdə Naxçıvanda “Tərbiyə” məktəbinin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri qarşısında A.S.Puşkinin anadan olmasının 100 illik yubileyi münasibətilə oxuduğu məruzənin mətnindən ibarətdir.

Əsər Azərbaycanda Puşkinə həsr olunmuş ilk elmi mənbələrdən biri kimi mühüm əhəmiyyətə malikdir. Kitab 1914-cü ildə Bakıda İsabəy Aşurbəylinin “Kaspi” mətbəəsində çap olunmuşdur...
Rus poeziyasının günəşi: mənim sevimli yazarım Puşkin!
Təsadüfən qarşıma çıxan bir hekayə ilə tanış oldum – onun dahiliyilə. Yazıçının Dmitriyevlə olan maraqlı söhbəti, yüksək hazırcavablığı, onun digərlərindən necə fərqləndiyinin ən bariz nümunəsi deyilmi?...

Barı, bircə dəfə yalandan baxın,
Qaldırın könlümü eşqin dağına!
Məni aldatmağa nə varmış axı!...
Özüm də razıyam aldanmağıma!-
pıçıldayırdı qulağıma keçmiş…

Araşdırmağa sövq edirdi məni bu misralar Puşkini! Kim idi Puşkin?

Maraqlı bir şəkil məni arxasınca sürüməyə başladı... Meşələrdən, dağlardan, düzənliklərdən keçirdim... Açılırdı qarşıma nəhəng mənzərələr...1917-ci ildə onun ilk tamamlanmış poemasına həsr olunmuş illüstrasiyaya ilə....

Şairin hələ lisey illərindən qələmə almağa başladığı Ruslan və Lyudmila ....

Səni şair hələ lisey illərində yazmağa başlayıbmış. Coşqun həyat mübarizəsi eşqi, dostluq, sədaqət, mərdlik və bu kimi gözəl əxlaqi dəyərləri özündə toplayan “Ruslan və Lüdmila”...

Siz, ey həyatımın şux sultanları!
Gözəllər, qəlbimin mehribanları!
Sizə həsr edirəm sədaqətlə mən
Qızıltək qiymətli xoş zamanımı:
Sizinçün yazıram, tərif güdmədən,
Keçmişdən aldığım bu dastanımı.

Jujovski bu poemanı oxuyandan sonra öz şəklini Puşkinə göndərmiş, şəklin arxasında “məğlubedilmiş şairdən qalib çıxmış şairə hədiyyə” sözlərini yazmış...və beləliklə onu qəbul etdiyinin mesajını vermişdir.

“Rus poeziyasının günəşi” adlandırılan Aleksandr Sergeyeviç Puşkin ...

Qalmaqallı şeirlərin, sevgilərin adamı!

Dünya Puşkinşünaslarını daim bir sual maraqlandırıb: bu qədər coşqun həyat tərzi keçirən bir insan bu qədər əsəri necə yazıb başa gətirmişdi?

Şairin sürgün olunması ilə oxuduqlarım məni təsirləndirsə də, bu vaxt ərzində ona böyük şöhrət gətirəcək "Yevgeni Onegin" adlı romanı üzərində işləməyə başladı” sətirləri məni sevindirdi. Bəzən böyük kədərlər, gözəl sonların başlanğıcı olur.

1830-cu ildə tamalanan bu mənzum roman Azərbaycan şairi Səməd Vurğunun da diqqətindən yayınmamışdı. Dahi Puşkinin bu əsərini elə
Azərbaycan dilinə də, ilk dəfə tərcümə edən də, S.Vurğun olur...

Maddi çətinliklər, tənqidçilərin fırtınalı rəyləri, aramsız yürüşlər, qısqanclıqlar və sevgilər... Bütün bunlara baxmayaraq, Puşkinin məğlubedilməzliyi, yenə də davamlı şəkildə yazması, məni ona daha da bağlayır. Dahi sənətkarın ölümü bütün dünya ədəbiyyatını kədər içində boğduğu kimi Azərbaycan dramaturqu Mirzə fətəli Axundzadəni də təsirləndirir və hətta şairin ölümünə şeir-mərsiyə həsr edir.

"Puşkinin ölümünə Şərq poeması" ...
Puşkin yazmaq yetməz, onu anlamaq lazım. Ernest Heminqueyin dəyərli sözü ilə bitirmək istəyirəm fikirlərimi: “Yazıçı aysberq kimidir onun kiçik hissəsi suyun üzündə, gözə görünməyən əsas kütləsi isə suyun altındadır”.

Rus poeziyasının günəşi: mənim sevimli yazarım Puşkin!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031