Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Türkiyənin Azərbaycana yeni səfiri təyin olunub.
Manera.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Yeni səfir postuna Ahmet Demirok təyin olunub. O, bundan əvvəl 2013-2017-ci illərdə Qətərdə səfir olub.
A. Demirok 1970-ci il avqustun 21-də Türkiyənin Konya şəhərində anadan olub.
Qeyd edək ki, Erkan Özoralın Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatır.