Atam Markesə açıq məktub - Rodriqo Qarsiya
"The New York Times” qəzetinin “Rəylər” rubrikasında pandemiya və ədəbiyyat mövzulu “Atam Qabriel Qarsiya Markesə açıq məktub” adlı məqalə dərc edilib. Məqalənin müəllifi – mərhum yazıçının oğlu kinorejissor Rodriqo Qarsiyadır (Rodrigo García).
Rodriqo Qarsiya məqalədən insanların son vaxtlar atasının “Vəba günlərində eşq” romanından gah söhbət açdıqlarını, gah adını dilə gətirdiklərini, gah da “Yüz illik tənhalıq” romanının personajlarının məruz qaldıqları yuxusuzluq epidemiyasını yada saldıqlarını yazıb. Onun sözlərinə görə, atası istər real, istərsə xəyali olsun həmişə epidemiya mövzusuna maraq göstərirmiş.
Rodriqo Qarsiya qeyd edib ki, atası ispan qripi epidemiyasından (1918-1920) sonra dünyaya gəlsə də, yazıçının böyüdüyü evdə, istər xəyali, istər real, istər vəba, istərsə də bir başqa xəstəliyin yayılması olsun, oxşar hadisələr maraqlı bir hekayənin materialına çevrilirmiş.
Rodriqonun sözlərinə görə, ümumiyyətlə, Qarsiya Markes insan həyatında təkrarlanan hadisələrlə yaxından maraqlanırmış. Xüsusilə, 1986-cı ildə 76 ildə bir Yer kürəsinə yaxınlaşan Qalleya kometasını görmək üçün böyük həyəcanla gözləyirmiş.
“İndi də, – yazır oğul Qarsiya Markes, – pandemiya geri qayıdıb”. Virus bir yolla heyvandan insan keçib: “Bu, virus üçün balaca bir addım olsa da, bütöv nəsli üçün nəhəng bir sıçrayışdır”. Rodriqonun sözlərinə görə, elmi nailiyyətlərə baxmayaraq ,insan “vəhşi heyvandan mağaraya sığınanlar kimi” evdə gizlənməklə canını qurtarmağa çalışır. –
Rodriqo qeyd edib ki, atası süjetlərində epidemiyanın əsas yer tutduğu Daniel Defonun “Vəba ilinin gündəliyi” və Sofoklun “Kral Edip” əsərlərini çox sevirmiş. Qarsiya Markes deyirmiş ki, dünyaya yayılan vəba Edipin faciəvi keçmişini üzə çıxarmağa məcbur qoyduğu kimi, epidemiya ilə üzləşən müasir insan da öz taleyi üstündə düşünməlidir. “Tale və ölüm – əksər yazıçının sevdiyi mövzulardır”.
Məqalənin son hissəsi dünyanın pandemiya və karantindən sonrakı gələcəyinə həsr edilib. Hamı heç nəyin əvvəlki kimi olmayacağını iddia eləsə də, o özü bu mənzərəni təsəvvürünə gətirə bilmir – gələcək dumanlı görünür. O deyir ki, bu fəlakəti görən hansısa böyük bir rəssam öz rəsimlərində və ya incəsənət xadimlərinin öz mahnılarında, şeirlərində, çəkdikləri kinolarda, yazdıqları romanlarda bu gələcəyi təsvir edənədək gözləməkdən başqa yol qalmır. Məhz bu insanlar bəşəriyyətə olub-keçənləri düzgün analiz etməyi öyrədəcək və gələcəyə aparan yolu göstərəcəklər.
1927-ci ildə dünyaya gələn ədəbiyyat üzrə Nobel laureatı Qabriel Qarsiya Markes 2014-cü ilin aprel ayının 17-də dünyasını dəyişib. Onun böyük oğlu Rodriqo (1959-cu ildə dünyaya gəlib) – kinorejissor, kinooperator, ssenarist və prodüserdir. Yaxın günlərdə çəkdiyi və baş rollarda Qlenn Klouz (Glenn Close) və Mila Kunisin (Mila Kunis) oynadığı “Four Good Days” filmi prakata veriləcək. /fabula.az/
İspan dilində: Carta a mi padre, Gabriel García Márquez
İngilis dilində: A Letter to My Father, Gabriel García Márquez
Tərcümə etdi: Mustafa Ruşan