Türk dünyası - Manera.Az

Ankarada Qarabağ Zəfəri və Türk dünyasının birliyi müzakirə olunub

Ankarada Məhəmmədtağı Zehtabinin 103-cü doğum ildönümü qeyd olunub

Ankarada Qarabağ Zəfərinin 6-cı ildönümü qeyd olunub

Türkiyədə Qarabağ Zəfərinə həsr olunan şeir antologiyası təqdim ediləcək

Azərbaycanlı həkimin uğuru, bir xalqın qüruru

Azərbaycanlı həkimlər Türkiyədə Aziz Sancar adına mükafata layiq görülüb

“Türk dünyasında roman” monoqrafiyası nəşr olunub

Türk dünyasının birliyinin qorunmasında jurnalistlərin rolu vurğulanıb

TDT-nin yeni Baş katibi təyin edilib

TDT-nin 13-cü Zirvə Görüşü keçirilib: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib