poeziya - Manera.Az

"Ərǝb yazılı quşlar uçurdular ömrümü..." - Yeni imza

Mənə də yetmədi ömrün get-gəli - Aysel Fikrətdən poetik nümunələr

Səxavət Sahil - İztirab duaları

Cəlil Məmmədquluzadənin kədərli "Azərbaycan"ı - Mehman Qaraxanoğlu

Dünya bilməlidi bu cinayəti.. - Xocalı soyqırımı şeirlərdə

Ortaq türk əlifbasında ilk poeziya antologiyası nəşr olunub

Məni sən dəyişdin, sevgin dəyişdi - Yeni İmza

Dərdini Tanrılı yazıya denən - Nicat Hunalpın şeirləri

Mehman Qaraxanoğlu - Təsbeh diktaturası..

Bir eşq vardı, əziz idi xətri qaldı - Azər Mirzənin şeirləri