Musahibe - Manera.Az

Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm - Eldar Mansurov

Samir Abbasov: Hədəfimiz milli mədəniyyətimizi Türkiyədə daha geniş ictimaiyyətə çatdırmaqdır

“Süni intellektin tətbiqi elm və təhsildə keyfiyyətcə yeni mərhələ yaradır” - Akademik Əli Abbasov

Rektor: Qarabağ Universitetinə çox böyük maraq var - MÜSAHİBƏ

ŞKTC təhsil naziri Nazım Çavuşoğlu: “Azərbaycanla təhsil əlaqələrini gücləndirəcəyik” – Müsahibə

Kıbrıs'ın Kültürel Kimliği ve Eğitim İş Birlikleri: Ahmet Arslan ile Röportaj

Rektor: "Elmi biliklərin istehsalında beynəlxalq səviyyədə söz sahibi olmaq istəyirik"

Prof. Dr. Ahmet Karadağ: “Rektor ləyaqətli və yeniliklərə açıq bir insan olmalıdır...” - MÜSAHİBƏ

“Təhsil sahəsində Azərbaycan-Türkiyə əlaqələri daha da güclənməlidir”

ODTU rektoru: "Azərbaycanlı tələbələrimizin akademik göstəriciləri yüksək deyil"