Medeniyyet - Manera.Az

İstanbulda VI “Qorqud Ata” Türk Dünyası Film Festivalı başlayıb

Mədəniyyət naziri Adil Kərimli Masallıda vətəndaşları qəbul edəcək

“Sürgün sevgi”nin premyerası keçirilib

Azərbaycanlı bəstəkarın əsərinin dünya premyerası Antalyada keçirilib

Azərbaycanlı modelyerin milli kolleksiyası Türkiyədə nümayiş olunub

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Azərbaycan sənətçiləri İğdırda səhnəyə çıxdılar

Azərbaycanlı rəssamın əsəri Ankarada muzey kolleksiyasına daxil edilib

“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi davam edir

İstanbulda “Müasir Azərbaycan rəssamlarının sərgisi” açılıb