Edebiyyat - Manera.Az

Xalq şairinin yubileyi Lənkəranda qeyd olunub

Xalq artisti Zaur Rzayev vəfat edib

Zahid Xəlil: Yeni nəşriyyatlar uşaq ədəbiyyatına üstünlük verirlər

Hüseyn Cavidin əsərləri Türkiyədə nəşr olunub

Xalq şairinin “Sürgün sevgi” əsəri səhnələşdiriləcək

İlyas Əfəndiyevin xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək

Yazıçı Hüseynbala Mirələmovun yeni sənədli romanı işıq üzü görüb

"Sabir Rüstəmxanlı – mütəfəkkir Xalq şairi və istiqlal mübarizi” mövzusunda elmi konfrans keçirilib

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub

Qismət Rüstəmovun «Mavi saqqalın sirri» kitabı çapdan çıxdı