edebi - Manera.Az

Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyə türkcəsində nəşr olunub

Xalq Şairi: “Əsgəri bu zəfərə hazırlayan bir də Söz silahıdır”

“23 saat 43 dəqiqə” kitabı işıq üzü görüb

Varlıqla yoxluğun arasında - Şeirlər

Yolunu özü yazan ssenarist

"Şuşanın daşlarına ad yox, ehtiram yazılmalıdır"

Uşaqlığın sorağında, sevginin yuvasında... – Camal Cəfərin yeni şeirləri

Vətəninə, dövlətinə, xalqına həsr olunan 80 illik ömür

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

"Dünya mənim içimdədir" adlı şeirlər və qəzəllər toplusu nəşr olunub