Nobel mükafatçısı dünyasını dəyişdi

Tarix:7-08-2019, 10:04 Baxış Sayı:65

Nobel mükafatçısı dünyasını dəyişdi
Ədəbiyyat üzrə Pulittser və Nobel mükafatçısı Toni Morrison 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Amerika yazıçı Pulittser mükafatını 1988-ci ildə “Sevimli qadın” romanına görə almışdı. Roman real həyat həqiqətləri üzərində qurulmuş, qul əməyindən çətinliklə xilas olan, hətta geriyə qayıtmaqdansa övladlarını və özünü öldürməyə hazır olan qaradərili Marqaret Qarnerin həyatından bəhs edir.

Nobel mükafatına 1993-cü ildə layiq bilinən yazıçı mükafatı alan ilk qaradərili yazıçı olaraq tarixə düşüb.

Yazıçının sonuncu romanı 2015-ci ildə qələmə alınmış “Tanrı, övladlarımı qoru” romanıdır../Ruscadan tərcümə: Günel Eyvazlı/

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ