Gənc yazara Türkiyə Dövlətindən böyük dəstək

Tarix:30-07-2019, 12:15 Baxış Sayı:232

Gənc yazara Türkiyə Dövlətindən böyük dəstək
Yazıçı- jurnalist Şəhla Aslan Türkiyənin nüfuzlu dövlət universitetlərindən biri sayılan Gazi Universitetində doktoranturaya qəbul olunub

O bu haqda öz Feysbuk hesabında məlumat verib.

MANERA.AZ xəbər verir ki, təəssurantlarını dostları ilə bölüşən Şəhla Aslan Türkiyə Cumhuriyyətindən dövlət təqaüdu qazandığı xəbərini 26-28 iyulda Gədəbəydə təşkil olunmuş Milli Yaylaq Festivalında aldığını diqqətə çatdırıb:

- Bu sevincli xəbəri Yaylağın ən yüksək yerində aldıq. Qəbul xəbərimin ilk xəbərdarları isə 16 ölkədən mədəniyyətlərini nümayiş etdirməyə gələn dəyərli sənət adamları, qurum rəhbərləri və universitet hocaları oldu. Professor Dr. Nundan Aruc uğurumu böyük qiymətləndirib məni heyətimiz qarşısında təbrik edəndə sözlər boğazımda düyünləndi, eyni zamanda qürur duydum. Çünki indiyə qədər çəkdiyim zəhmətin mükafatını almışdım.

Eyni zamanda bu yolda ona dəstək olan insanlara təşəkkür edib: "Sizlərin ümidlərini doğrultmaq üçün hər zaman bütün çətinlikləri gözə aldım, maneələri dəf etməyə çalışdım, Sizi əmin edirəm ki, bundan sonra da istər elm yolunda, istərsə də İctimai xidmətim zamanı bütün imkanlarımı səfərbər edəcək, haqqımda dediyiniz fikirlərə, mənə olan güvəninizə görə Sizi əsla məyus etməyəcəyəm!"

Ş.Aslan sonda ona göstərilən böyük etimada görə, Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının (YTB) rəhbərliyinə də minnətdarlıq edib:

- Bu il dünyanın hər bir nöqtəsindən rekord sayda müraciət edən tələbələr arasından seçərək, uzun sürən proseslərdən, bir neçə mərhələdə dəyərləndirmədən sonra haqqımda müsbət qərar verərək, bu möhtəşəm sevinci və qüruru yaşamağıma səbəb olan böyük YTB başqanına və digər əməkdaşlarına öz adımdan, ailəm adından və ilk gündən yanımda olub, mənlə eyni həyacanı keçirən dostlarım adından minnətdarlıq edirəm!

P.S. Biz də Manera.az kollektivi olaraq saytımızın Baş redaktorunu təbrik edir, ona Türkiyə dövlətində başlayacaq təhsil həyatında uğurlar arzu edirik.

Elman Cəbrayıl,
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ