Xanım jurnalistlər arasında stolüstü tennis yarışı keçirilib - Fotolar

Tarix:19-07-2019, 20:57 Baxış Sayı:134

Xanım jurnalistlər arasında stolüstü tennis yarışı keçirilib - Fotolar
Milli Mətbuatın 144 ilinin tamam olması münasibətilə King Pong stolüstü tennis klubu Azərbaycan Stolüstü tennis Federasiyasının dəstəyi ilə 19 iyul tarixində stolüstü tennis üzrə Qadın Jurnalistlərin turnurini təşkil edib


Manera.az xəbər veri ki, turnirdə 12 qadın jurnalist iştirak edərək I, II, III yer uğrunda mübarizə aparıb.

İştirakçılar qruplarda yarışdıqdan sonra sonra yarımfinal və finala yüksələnlər qalibiyyət uğrunda mübarizə aparıblar.

Həlledici oyunda Afaq Rza I yerin, Gülzar İbrahimova II yerin, Nərmin Camalzadə isə III yerin qalibi olub.

Sonda qaliblər və digər iştirakçılar Azərbaycan Stolüstü Tennis Federasiyası və King Pong Club tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.

King Pong stolüstü tennis klubunun rəhbəri Əli Orucov MANERA.AZ-a müsahibəsi zamanı bildirib ki, turnirin keçirilməsində məqsəd Milli Mətbuat günü münasibətilə jurnalistlərimizə xoş və maraqlı gün bəxş etmək, sağlam həyat vərdişlərini təbliğ etmək, motivasiya ruhunu yüksəltmək olub.

Klub rəhbəri bu cür tədbirlərin və turnirlərin davamlı təşkil olunacağını, sağlam həyat vərdişlərinin daha çox insan kütləsinə çatdırılacağını istirahət və əyləncə anlayışının yeni məna qazanmasına çalışılacağını ifadə edib.

Şəhla Aslan,
Manera.az

Xanım jurnalistlər arasında stolüstü tennis yarışı keçirilib - Fotolar
Xanım jurnalistlər arasında stolüstü tennis yarışı keçirilib - Fotolar
Xanım jurnalistlər arasında stolüstü tennis yarışı keçirilib - Fotolar
Xanım jurnalistlər arasında stolüstü tennis yarışı keçirilib - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ