Azərbaycan yazıçısı Rusiyada kitab festivalında iştirak edəcək

Tarix:15-07-2019, 11:30 Baxış Sayı:231

Azərbaycan yazıçısı Rusiyada kitab festivalında iştirak edəcək
İyulun 26-dan 31-dək Rusiyanın Tümen şəhərində 4-cü ənənəvi Ümumrusiya kitab festivalı keçiriləcək.

Manera.az xəbər verir ki, festivala Azərbaycan yazıçısı Əlibala Məhərrəmzadə də qatılacaq. O, jüriyə və festival iştirakçılarına “ Çovdar çörəyi” kitabını təqdim edəcək.

Qeyd edək ki, “Çovdar çörəyi” romanının Moskvanın nüfuzlu LiFFt nəşriyyatında “LiFFt kitabxanası” seriyasından çıxan rus dilindəki variantının da təqdimatı festival çərçivəsində baş tutacaq.
Azərbaycan yazıçısı Rusiyada kitab festivalında iştirak edəcək
Xatırladaq ki, Əlibala Məhərrəmzadənin “Çovdar çörəyi” romanı ötən ilin noyabr ayında Azərbaycan oxucularının ixtiyarına verilib, qısa müddətdə həm çoxminli oxucuların rəğbətini qazanıb, həm də Vaqif Yusifli, İlqar Fəhmi kimi ədəbiyyat xadimlərinin müsbət rəyini alıb.

Romanın redaktoru Varisdir.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ