"Türk milləti olaraq birlikdə güclüyük" - Bakıda 15 iyul hadisəsi anıldı

Tarix:15-07-2019, 15:57 Baxış Sayı:189

"Türk milləti olaraq birlikdə güclüyük" - Bakıda 15 iyul hadisəsi anıldı
Bu gün FETÖ terror şəbəkəsinin 2016-cı il 15 iyul hərbi dövlət çevrilişinin 3-cü ildönümü münasibətilə Bakıda “Demokratiya zəfəri” adlı tədbir keçirilib.

Manera.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk İşbirliyi və Koordinasiya Agentliyi – TİKA, Türk Hava Yolları, Anadolu Xəbər Agentliyi və TRT-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Dram teatrında keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, iki ölkənin dövlət xadimləri, Milli Məclisinin deputatları, KİV nümayəndələri iştirak ediblər.

Tədbir üç il əvvəl iyulun 15-də FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhd zamanı baş verənlər, habelə o gün həlak olanların və yaralananların şəkillərin nümayiş etdirilməsi ilə başlayıb, ardından çevirilişdən bəhs edən film göstərilib.

Sonra çıxışçılara söz verilib.

Səfir Erkan Özoral çıxış edərək bildirib ki, həmin hadisədə şəhid olanları hörmətlə anırıq. Azərbaycan xalqı, hökuməti 15 iyul hadisələrində Türkiyəyə dəstək verdi: "Azərbaycan FETÖ terror təşkilatı ilə mübarizədə də dəstəyini əsirgəmədi. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm."

Diplomat daha sonra vurğulayıb ki, kimsə türk millətinin iradəsinə qarşı çıxa bilməz: "Türk milləti olaraq birlikdə güclüyük. Dini, siyasi dünyagörüşü fərqli olmasına baxmayaraq, hər kəs birlikdə olmalıdır. O zaman daha güclü, qüdrətli olacağıq."

Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, 3 il əvvəl 15 iyul gecəsi türk xalqının iradəsinin sarsılmazlığını bir daha bütün dünyaya göstərib: “Türkün saysız qəhrəmanlıq dastanı var. Türk xalqı 15 iyulda Türkiyədə, Mübariz İbrahimov təkbaşına düşmən səngərində, ordumuz 2016-cı ildə aprel döyüşlərində qəhərmanlıq dastanları yazdılar.

15 iyul xalqın iradəsinin nümayişi idi. Videolara baxdıqda görürdük ki, sadə insanlar dövlət naminə tankın qarşısına çıxdılar, qəhrəmancasına ölümə atıldılar. 15 iyul çevriliş cəhdinin ertəsi günü ilk rəsmi reaksiyanı Azərbaycan dövləti verdi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, istənilən terror fəaliyyətinə qarşıdır.

15 iyul hadisələri göstərdi ki, Türkiyə dövləti əbədidir. 1990-cı il 20 yanvar hadisələri ilə 15 iyul olayları arasında böyük oxşarlıq var. Hər iki hadisə zamanı əliyalın əhali tankların qarşısına çıxdı. Hər iki halda xalqın iradəsi qalib gəldi. Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirəm”.

“15 iyulda baş verənlər Türkiyə tarixinin ən qanlı hadisəsidir”

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır sözügedən tədbirdə deyib.

O bildirib ki, 15 iyulda baş verənlər terror aktı idi: “Bu, dövlətə, millətə qarşı xaincəsinə edilmiş bir hərəkət idi. Biz indi şəhidlərin sayəsində rahat yaşayırıq”.

V. Bozkır üç il əvvəl göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında 15 iyul hadisələrindən sonra Türkiyənin daha da gücləndiyini deyib: "Azərbaycan-Türkiyə əlaqələri bütün sahələr üzrə inkişaf edir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri çoxsaylı tədbirlərdə iştirak edir. İki ölkə arasında münasibətlər parlament səviyyəsində də uğurla inkişaf edib. Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır. Ulu öndər Heydər Əliyev deyib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. 15 iyul hadisələri zamanı şəhid olan insanların xatirəsini hörmətlə anırıq".

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyə xalqı mütəşəkkil olaraq ayağa qalxaraq FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhdin qarşısını alıb. Hadisə nəticəsində 250 vətəndaş şəhid olub, 1500-dən çox insan yaralanıb. Şəhidlər və yaralılar arasında qadınlar, uşaqlar və qocalar da olub.

Şəhla Aslan,
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

XƏBƏR LENTİ