Gənc yazar təltif olundu - Foto

Tarix:11-07-2019, 16:02 Baxış Sayı:233

Gənc yazar təltif olundu - Foto
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyulun 11-də 87-ci mövsümünün başa çatması münasibətilə teatrsevərləri ətrafına toplayıb

Manera.az xəbər verir ki, teatrın direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə tədbir iştirakçılarını salamlayıb, çıxışında il ərzində həyata keçirdikləri işlər, qazanılan nailiyyətlər, nümayiş olunmuş tamaşalardan söz açıb, yeni mövsüm üçün nəzərdə tutulan proqramlarından bəhs edib.

Sonra il ərzində məhsuldar səhnə nümunələri sərgiləyən yaradıcı heyətin mükafatlandırılması mərasimi keçirilib. Teatrın truppası ilə yanaşı, onun nəzdindəki “Oyuq” teatr-studiyasında fərqlənməyi bacaran balacalar da mükafat alıblar.

Tədbirdə teatrın fəaliyyətini daha geniş şəkildə işıqlandıran, sənət ocağının yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış edən kütləvi informasiya vasitələri təmsilçiləri “Teatrın dostu” nominasiyasında mükafatlandırılıb.

Mükafat alanlar arasında Manera.az saytının baş redaktoru yazıçı-jurnalist Şəhla Aslan da olub.

P.S. Saytımız adından teatrın rəhbərliyinə təşəkkür edir, baş redaktorumuzu təbrik edirik!
Gənc yazar təltif olundu - Foto
Gənc yazar təltif olundu - Foto
Gənc yazar təltif olundu - Foto
Gənc yazar təltif olundu - Foto

Elman Cəbrayıl,
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ